Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Etirazçılara meydanları tərk etmək əmr edildi

Çinin yarımuxtar regionu Honq Konqda məhkəmə meqapolisin bir neçə rayonunda hökumət əleyhinə keçirilən etiraz aksiyalarına qadağa qoyub.

Simsar.az-ın məlumatına görə, sözügedən rayonlarda hazırda da etirazçı izdiham müşahidə etmək olur. Honq Konq rəhbərliyi fəalların qadağan olunmuş yerləri tərk etməsi üçün əmr edib. Məlumata görə, məhkəmə qərarı Honq Konqda fəaliyyət göstərən bir neçə aparıcı şirkətin etirazçılarla bağlı şikayətindən sonra qəbul olunub. Hələlik etirazçıların qərarı yerinə yetirib-yetirməyəcəyi isə, bəlli deyil.

Hökumətdən demokratik islahatlar tələb edən fəalların etiraz aksiyası artıq 3 həftədən çoxdur ki, davam edir.

Bu gün etirazçı fəallarla hökumət nümayəndələri arasında danışıqlar gözlənilir.

Etirazçılar 2017-ci ildə Honq Konqda birbaşa yol ilə keçiriləcək rəhbərlik seçiminin müstəqil şəkildə rəsmi Pekinin müdaxiləsi olmadan baş tutmasını tələb edirlər.

Honq Konq rəhbərliyi üçün namizədlər kommunist rejim tərəfindən müəyyənləşdirilir. Bu isə, Pekinin istənlən namizədin sənədlərinə qadağa qoymasına səlahiyyət verir.






20 Oktyabr, 2014  22:22 Baxılıb: 735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner