Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

571 tələbə xaricdə təhsil alacaq

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə 2014-2015-ci tədris ili üçün keçirilən müsabiqə başa çatıb.

Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, müvafiq dövlət qurumları və ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 571 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib.

Müvafiq Dövlət Proqramının əsas məqsədi ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan builki seçimlərdə üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. 153 tələbə isə baza ali tibb və bakalavriat təhsil səviyyəsində təhsil alacaq.

İlk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq imkanı qazanıb.

Müsabiqədə uğur qazanan tələbələrdən 29-u Kanadada, 25-i Rusiyada, 19-u Avstraliyada, 16-sı ABŞ-da, qalanları isə digər ölkələrdə təhsillərini davam etdirəcəklər.

Növbəti tədris ili üçün müsabiqə şərtlərinin müəyyən edilməsi istiqamətində hazırlıq işləri davam edir.






20 Oktyabr, 2014  18:12 Baxılıb: 727 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner