Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakı-Sumqayıt yolundakı körpü uçurduldu

Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində dəmiryolu xəttinin üstündə olan 2 körpü istismar müddəti bitdiyindən uçurdulub.

Simsar.az-ın məlumatına görə, aznews.az bir neçə gün öncə Bakı-Sumqayıt yolunda hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumat vermişdi. Bildirilmişdi ki, Bakı-Sumqayıt yolunun bir hissəsində “giriş qadağandır” nişanı qoyulduğundan yolda dəhşətli tıxac yaranır. O zaman yolun nə səbəbdən bağlanması açıqlanmasa da, bu gün onun qəzalı vəziyyətdə olması ucbatından bağlanması dəqiqləşib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bu haqda açıqlama yayaraq sözügedən avtomobil yolunda tətbiq olunan məhdudiyyətin yolun 9-cu km-də dəmir yolu üzərində mövcud körpülərin söküntüsü ilə əlaqədar olduğunu təsdiqləyib.

Belə ki, körpülərin yerində müasir tipli dörd aşırımlı iki ədəd yol ötürücüsü tikiləcək.

Onun sözlərinə görə, qeyd edilən ərazidə genişləndirmə işlərinin də aparılması nəzərdə tutulub.

P. Mürsəliyev bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunun 6-9-cu km-də tətbiq olunan məhdudiyyət nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. Belə ki, alternativ olaraq sürücülər yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə edirlər.

“Birinci mərhələ üzrə biz Sumqayıt istiqamətindən Bakı Beynəlxalq Avtovağzalına qədər olan hissədə dörd aşırımlı və üç zolaqlı körpü tikdik. Biləcəri istiqamətində isə yolun sağ tərəfindən, yəni Bakıdan Sumqayıt istiqamətində iki bir aşırımlı körpü tikilib, həmçinin üç zolaqlı yol salınıb”, - deyə qurum rəsmisi əlavə edib.






20 Oktyabr, 2014  18:01 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner