Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şagird maşınla müəlliminin üstündən keçdi

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində rayonun Ləkçiplaq kənd 1 saylı orta məktəbin qarşısında baş verib.

Məktəbin 10-cu sinif şagirdi, Yalman kənd sakini Əzizov Ağa Usub oğlu atasına məxsus “VAZ-2104” markalı minik maşınını evdən xəbərsiz qaçıraraq yolda qəza törədib. Şagird yolu keçən piyadanı - Ləkçıplaq kənd 1 saylı orta məktəbin bədən tərbiyəsi müəllimi Ömərov Məhəmməd Habil oğlunu vurub. Hadisə şahidlərinin sözlərinə görə, maşın piyadanın üstündən keçib. Müəllim ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.






20 Oktyabr, 2014  17:03 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner