Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanlı aktrisa Türkiyənin "Ən yaxşı qadın oyunçusu" oldu

2014-cü il “Altın Portağal”ını Nəsrin Cavadzadə aldı

Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” ödülünü alıb. Nəsrin Cavadzadə “Altın portağal”ı rejissor Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə alıb. Film 5 nominasiya üzrə 2014-cü ilin ən yaxşı filmi seçilib.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb. Onu da qeyd edək ki, aktrisa Azərbaycan urologiya elminin əsasını qoyan Mirməmməd Cavadzadənin oğul nəvəsidir.

Orta məktəbi İstanbulda başa vuran N.Cavadzadə ali təhsilini Marmara Universitetinin Kino və Televiziya fakültəsində alıb. Daha sonra 2 il Şahika Tekand aktyorluq studiyasında aktyorluq sənətin sirlərini öyrənib.

Aktrisanın kino həyatındakı böyük uğurları rejissor Cemal Şanın “Dilbərin səkkiz günü” filmi ilə başlayıb. Filmdəki “Dilbər” roluna görə, Nəsrin Cavadzadə Ankara Film Festivalında “Ən yaxşı qadın oyunçu” ödülünə sahib olub. Bu filmdəki uğurlu performansından sonra Nəsrin film karyerasında ard-arda xeyli uğura imza atıb, “Yersiz-yurdsuz”, “Bir ticarət hekayəsi”, “Getmək: Mənim Marlon Brandom”, “Gözəl Günlər Görəcəyik”, “Al yazmalım”, “Ağır roman”, “Yeni dünya” film və seriallarında aparıcı rolları canlandırıb. Nəsrin Cavadzadə Azərbaycan seyrçisinə Türkiyədə 2 sezondur reytinq cədvəllərinə öncüllük edən “Kiçik ağa” filmindəki “Başak” rolu ilə də tanışdır.

“Quzu” filminə görə aldığı ödül Nəsrin Cavadzadənin ikinci “Altın Portağal”ıdır. 2011-ci ildə aktrisa “Gözəl günlər görəcəyik” filmindəki “Anna” roluna görə, “Ən yaxşı yardımçı qadın oyunçu” nominasiyası üzrə “Altın portağal” alıb.







20 Oktyabr, 2014  13:22 Baxılıb: 1246 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner