Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Narkotikin tərkibində heroinin artmasından narahatdırlar - DGK

Azərbaycanın gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq və ölkə ərazisindən “ötürücü məntəqə” kimi istifadə olunmasına yol verməmək məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində bu ilin ilk 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 120 fakt aşkar olunub.

APA-nın məlumatına görə, bu, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin böyük inspektoru Azad Vəliyevin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası üçün hazırladığı “Narkotiklərlə mübarizədə Azərbaycan “Gömrük qalxanı”nın rolu” başlıqlı hesabat xarakterli məqalədə əksini tapıb.

Bu faktlar üzrə 151 kq-dan çox narkotik maddə, o cümlədən 75 kq 717 qr heroin, 30 kq 655 həşiş, 29 kq 615 qr tiryək, 15 kq marixuana və digər narkotik maddələr qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli bilinən şəxslərdən 123 nəfəri kişi və 22 nəfəri qadın olmaqla, ümumilikdə 145 nəfər barəsində müvafiq tədbirlər görülüb. Saxlanılan şəxslər arasında 112 nəfər Azərbaycan vətəndaşı və 35 nəfər xarici vətəndaşlar olub. Saxlanılan xarici ölkə vətəndaşlarından 28 nəfəri İran İslam Respublikası, 3 nəfəri Rusiya Federasiyası, 3 nəfəri Gürcüstan Respublikası və 1 nəfəri Türkiyə Respublikası vətəndaşlarıdır. Bununla yanaşı, öncəki illər ərzində gömrük orqanları tərəfindən bir sıra iri narkoqaçaqmalçılıq kanalları aşkarlanıb və ləğv edilib.

Məqalədə qeyd edilir ki, xüsusi narahatçılıq doğuran məsələlərdən biri götürülən narkotiklərin içərisində güclü təsirli narkotik olan heroinin xüsusi çəkisinin əvvəlki dövrlə müqayisədə xeyli artmasıdır. Buna bariz nümunə kimi gömrük orqanları tərəfindən 2014-cü ilin mart ayında yalnız bir fakt üzrə 26 kq-dan çox heroinin aşkar edilməsidir: “Bu qədər çox heroinin törədə biləcəyi təhlükənin miqyasını aydın təsəvvür etmək üçün qeyd edək ki, mütəxəssislərin rəyinə görə, 1 kq heroindən 10 min “doza” alınır, 100 qram heroinlə 170 adamı narkotiklərdən asılı vəziyyətə salmaq mümkündür”.






20 Oktyabr, 2014  12:35 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner