Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Penitensiar Xidmətdən Leyla Yunus açıqlaması

Leyla Yunusova diqqəti kənardan özünə cəlb etmək istəyir. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.

O, qəti şəkildə bildirib ki, Penitensiar xidmət müəssisələrində saxlanılan hər hansı hüquq müdafiəçisinə, o cümlədən – Leyla və Arif Yunusovlara heç bir fərq qoyulmayıb. Onlara da digər təqsirləndirilən şəxslər və məhkumlar kimi eyni şərait yaradılıb: “Əksinə, onlar müəyyən şikayət verdikdə və ya həkimlərə müraciət etdikdə dərhal tibb komissiyası, habelə digər hüquq müdafiə təşkilatları, İctimai Komitənin, Ombudsman Aparatının nümayəndələri yerində gedib məsələ ilə bağlı yoxlama aparıblar. Lakin Leyla Yunusovanın yazdıqlarının demək olar ki, heç biri təsdiq olunmayıb. Sizə birmənalı olaraq deyirəm ki, o özü ətrafında fikir yaratmaq, beynəlxalq təşkilatların yanında özünə nüfuz qazanmaq, bu yolla nəyəsə nail olmaq istəyir. Onun bütün şikayət və müraciətlərinin hamısı məhz bununla bağlıdır. Leyla Yunusova ilk növbədə qadındır və heç kəs onunla yolverilməz qaydada rəftar edə bilməz”.

H.Əlixanov qeyd edib ki, Leyla Yunusova bu yaxınlarda guya onu döydüklərini, nəticədə xəsarət aldığını bildirib. Araşdırmalardan sonra məlum olub ki, bu məlumat tamamilə yalandır: “Bununla bağlı xidməti araşdırma aparılıb, məsələ yoxlanılıb. Tibbi komissiya tərəfindən baxış və müayinələr keçirilib. Beynəlxalq təşkilatların nümayəndələri də orada iştirak edərək baxıb yoxlayıblar. Heç bir şey aşkar edilməyib. Səhhətində də heç bir problem yoxdur. Hazırda o müxtəlif qanunsuz tələblər irəli sürür. Əlbəttə ki, biz dövlət orqanı olaraq onları yerinə yetirə bilmərik. Leyla Yunusova diqqəti kənardan özünə cəlb etmək istəyir. Yəqin ki, bu yolla o, beynəlxalq təşkilatların mükafatlarına, medal və ordenlərinə layiq görülmək istəyir. Bütün bunları da yalnız bu məqsədlə edir”.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, LeylaYunusovanın Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergidən yayınma), 320.1 və 320.2 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), A.Yunusovun isə həmin məcəllənin 274 (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar. L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A.Yunusovun isə əvvəlcə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, o, qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verdiyinə görə, qətimkan tədbiri dəyişdirilərək barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






20 Oktyabr, 2014  12:01 Baxılıb: 754 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner