Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Sinifdən-sinfə” keçmək...

Adını unutduğum həvəskar bir şair yazmışdı ki, “Ən dərin göl bir insanın göz yaşı, ən böyük dərd bir insanın dərdidir”. Düşünürəm ki, bütün dəyərlərin adiləşdiyi zəmanəmizdə mənəvi boşluqda “boğulan” insanlarla dərdləşmək gərəkdir. İlk sözüm isə çox zaman tənhalığa çəkilən və yaşamaqdan yorulub ölümə sığınmaq istəyənlərədir.

Allahı unudub, ölümə niyə sığınırsan ki...

Dünyanı yaradan ona elə bir nizam verib ki, o, öz oxu ətrafında  fırlanır, bizsə onu hiss etmirik. Əgər bu sürət azacıq çoxalsa, ya azalsa dünya məhv olar. İnsan həyatı da belədi. İnsanın ömür payı, övladının sayı və ruzusunun qədəri yaradanın əmriylə təyin edilibsə, Allaha sığınmaq və verilənə şükr etmək gərəkdir. Çünki  verilənlə barışmamaq, dünyəvi arzulara qul olmaq kin, qəzəb və ümidsizlik yaradır ki, bu da insan həyatının nizamını pozur.

Nəticədə daim kinli, qəzəbli və təkəbbürlü olan belə insanlar  başqalarında yalnız qüsur axtarır, kiminsə qeybətini edir, kiməsə böhtan atır və yalan danışırlar.

Onlar ən adi gündəlik yaşantıdan tutmuş həyat üçün əhəmiyyətli olan hər-hansı hadisədə yol verdikləri səhvlərə görə, mütləq kimisə günahlandırmağa çalışır, özlərinə  “bəs mənim səhvim nədədir?” sualını vermirlər.

Çünki onlar, əslində, Allahdan uzaqlaşdıqlarının fərqində deyillər. Və yəqin ki, insan yaradılışının əsas qayəsi haqda-hər kəsin  dünyaya gəlişi ilə öz payına düşən günah zərrəsindən ruhunu təmizləməli olduğu haqda düşünmək istəmirlər.

Odur ki, başqalarının qüsurları haqqında düşünməyə va danışmağa itirdiyin vaxtını özünütəftişə-özünlə cihada sərf et. Hər gün özündən soruş-mən bu gün Allahın sevmədiyi hansı sözü deyib, hansı əməli etmişəm? Cavabı verəndə isə vicdanın səsinə qulaq as. Çünki, vicdanlı olmaq-imanlı olmaq deməkdi.  İmanlı olmaq isə güclü olmaq deməkdi. Güclü insan heç vaxt Allahın istəyinin əleyhinə getmir-nə özünə, nə də başqalarına qarşı haqsızlıq etmir. Və Allahın özünə yaxınlaşdırdığı bu insanların qəlbi elə bir aramlıq tapır ki, onlar dünyəvi nemətlərə bağlılığın və nəfsə qul olmağın insanı ölümə sığınmağa məcbur etdiyini dərk edə bilirlər.

Bu həyat bir imtahandı. Allah isə yaratdığı bəndəsinin gücündən artıq ona yük vermir. Yəni sənin  neçənci  “sinifin” imtahanından keçəcəyini o bilir. Odur ki, bu imtahana hər an hazır olub “sinifdən-sinfə”  keçmək və mənəvi rahatlıq tapmaq üçün ölümə deyil, Yaradana sığınmaq gərəkdi.

İsmət Ələkbərqızı






20 Oktyabr, 2014  11:38 Baxılıb: 689 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner