Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda böyük banda zərərsizləşdirildi

Bakıda avtomobilləri qaçıraraq yandıran dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, oktyabrın 14-də Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində, orada yaşayan Münasib Hüseynliyə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıranlar - Bakı şəhər sakinləri 1997-ci il təvəllüdlü Fərid Əsgərov, 1996-cı il təvəllüdlü Əziz Quliyev və 1995-ci il təvəllüdlü Mirsaleh Axundov oktyabrın 18-də Maştağa qəsəbəsi Nizami küçəsində avtomobili ön hissəsi əzik vəziyyətdə idarə edərkən tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, Fərid Əsgərov bundan başqa, Sabunçu qəsəbə sakinləri 1993-cü il təvəllüdlü Emil Muradov, 1996-cı il təvəllüdlü Qüdrət Əliyev, 1995-ci il təvəllüdlü Nicat Abdullayev və 1988-ci il təvəllüdlü Vasif Baxşıyev ilə birlikdə sentyabrın 26-na keçən gecə Maştağa qəsəbəsi H.Abbasov küçəsində, orada yaşayan Şöhrət Zülfüqarova məxsus "VAZ-2102" markalı avtomobili qaçırmış və saat 15 radələrində avtomobil B.Dadaşov küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Onlar sentyabrın 27-də Maştağa qəsəbəsi Savalan yaşayış sahəsindən Kürdəmir rayon sakini Yalçın İsmayılova məxsus "VAZ-21011" markalı avtomobili qaçırıblar və maşın Maştağa qəsəbəsi Nizami küçəsində tam yanmış vəziyyətdə aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçıları olan E.Muradov, Q.Əliyev, N.Abdullayev və V.Baxşıyev də yaxalanıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.






20 Oktyabr, 2014  10:20 Baxılıb: 638 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner