Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əhalinin 4,4 faizi sosial müavinət alır – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 334 650 nəfərdən çox şəxsə aylıq sosial müavinət ödənilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, bu ilin oktyabrın 1-dək ölkədə 425 650 nəfərə (respublika əhalisinin 4,4 faizinə) aylıq və birdəfəlik sosial müavinət ödənilib. Onlardan 334 650 nəfəri (78,6 faizi) aylıq, 91 000 nəfəri (21,4 faizi) isə birdəfəlik sosial müavinətlərlə təmin olunub.

Çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, 1 yanvar 2014-cü il tarixdən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. 1 oktyabr 2014-cü il tarixə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının sayı 8299 nəfərdir. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunaraq ödənilən aylıq sosial müavinətlərin məbləği cari il aprelin 1-dən 21,6 faiz artırılıb. Bu artım ümumilikdə  53 305 nəfər belə şəxsin sosial müdafiəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə sosial müavinət və təqaüdlərə dair məlumatların xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanması işi başa çatdırılıb və belə şəxslərə müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.

Simsar.az

 

 

 

 

 







20 Oktyabr, 2014  09:58 Baxılıb: 582 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner