Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda beynəlxalq simpozium - “Sələflər və xələflər”

Bakıda “Sələflər və xələflər” mövzusunda birinci Beynəlxalq Simpozium keçiriləcək.

Simpoziumun Təşkilat Komitəsindən Simsar.az-a verilən məlumata görə, oktyabrın 22-dən 25-dək Bakıda AMEA-nın Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzində “Sələflər və xələflər” mövzusunda I Beynəlxalq Simpozium keçriləcək.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təşkil ediləcək Beynəlxalq tədbir Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunacaq.

Nəsimi adına Dilçilik İnstitutunun mətbuat katibi Təranə Şükürlü bildirib ki, T. Şükürlü bildirib ki, dilçiliyin müxtəlif istiqamətlərinə aid məsələlərin müzakirə olunacağı bu konfransa dünyanın 20-ə yaxın ölkəsindən nümayəndə dəvət olunub. Beynəlxalq Simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, İran, Polşa, Ukrayna, Özbəkistan və digər ölkələrdən olan görkəmli alimlər müxtəlif mövzularda məruzələr edəcəklər.

O əlavə edib ki, iki ildən bir keçiriləcək beynəlxalq konfransın əsas məqsədi türk dünyasının görkəmli dilçi alimlərini xatırlamaq və onların məşğul olduqları problemlərdən bəhs etməklə bu insanları yeni nəslə tanıtmaqdır. Beynəlxalq konfransın bir günü ortaq tariximiz, dinimiz, mədəniyyətimiz və ortaq gələcəyimizi nümayiş etdirəcək “Əli bəy Hüseynzadə günü” olacaq.

Simsar.az

 

 

 






20 Oktyabr, 2014  08:12 Baxılıb: 916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner