Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Türkiyədə tutulan azərbaycanlılardan xəbər var

Türkiyənin Muğla vilayətində saxlanılan 2 azərbaycanlı - 53 yaşlı Telman Quliyev və 45 yaşlı Rahil Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Azərbaycanın İstanbuldakı Konsulu Kənan Murtuzov ANS-ə bildirdi ki, Türkiyə qanunlarına görə həmvətənlərimiz cinayət başında yaxalandıqlarına görə istintaq dövründə həbsdə qalacaqlar.

"İstintaqın nə qədər davam edəcəyi bizə məlum deyil, təbii ki istintaqdan asılı olaraq yenidən məhkəmə olacaq. Bundan sora qərar veriləcək", deyə Konsul bildirdi.

Saxlanılan azərbaycanlılar qaçaq şəxsləri gəmi vasitəsilə Türkiyə üzərində 3-cü ölkəyə daşımaqda ittiham olunurlar. Bu arada "İdea 1" qayığı ilə daşınan immiqrantların görüntüsü yayılıb. Ticarət gəmisində 81 nəfər olub. Onlar Suriya, İraq, Birma və Eritreyadandırlar. Türkiyə mətbuatının məlumatına görə, Palamütbük sahillərində saxlanılan gəmidə axtarış aparan təhlükəsizlik qüvvələri ilkin olaraq həmin 81 immiqrantın Türkiyə vasitəsilə Avropa ölkələrinə aparıldığını müəyyən edib. Qaçaqlar ifadələrində ölkələrindəki təzyiqlərdən bezərək, Avropa ölkələrinə getməyə çalışdıqlarını söyləyiblər. Azərbaycan əsilli iki nəfər Telman Quliyev və Rahil Hüseynov təşkilatçı qismində istintqa cəlb ediliblər.






18 Oktyabr, 2014  23:09 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner