Bu gün Ümumdünya Yoxsulluqla Mübarizə Günüdür. Bu məqsədlə Bakının mərkəzində Pəhlivan Fərzəliyev küçəsində yerləşən, “Şanxay” kimi tanınan “gecəqondular”dan ibarət qəsəbənin vəziyyətini çəkib, sizlərlə bölüşmək istədim. Bunun üçün yollandım Bakının “Şanxay”ına. Uzun, kələ-kötür, tozlu yollar məni qəsəbəyə gətirdi. Gördüyüm mənzərə isə heç ürəkaçan deyildi. Elə bil bura Bakıdan ayrı bir “planet”dir. Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında yerləşən yoxsul evlərdə yaşayan insanların, əsasən də uşaqların həyatı hər gün təhlükə altında olur. Qatarların hərəkəti, uşaqların dəmiryolunda oynaması, insanların qəsəbənin bir tərəfindən digər tərəfinə keçmək üçün bu yoldan istifadəsi – bunların hamısı təhlükədir. Lakin hələ də “gecəqondular”ın sakinləri qatarların həyəcan siqnalı verdiyi bu qəsəbədə yaşamağa davam edir.
Fikrimcə çox sözə gərək yoxdur, şəkillər hər şeyi izah edir...
Nuranə Novruz