Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bu film çox güldürəcək - Tezliklə

Tezliklə Türkiyə kinoteatrlarında yeni komediya filmi ekranlaşdırılacaq. Simsar.az xəbər verir ki, Tolqa Çətinin rejissorluğu, Aytəkin Mərdin prodüserliyini gerçəkləşdirdiyi film “Fiqüran” (Epizodik rol ifaçısı) adlanır. “İlin ən kral komediya” filmi olmağa iddialı olan filmin ssenarisi isə “Bosphorus” film şirkətinə məxsusdur.

Belə ki epizodik rol ifaçısı Mutlu personajı öz ssenarisinə uyğun film çəkmək fikrinə düşür. Həmin filmdə Türkiyənin ən məşhur aktrisasının iştirakını təmin etmək istəyi isə onu macəradan macəraya aparır. Mutlunun ideyası uğrunda apardığı komedik mübarizədən bəhs edən filmin aktyor heyətinin seçilməsi üçün isə iki il vaxt sərf edilib. Çəkilişləri isə iki ay ərzində aparılıb.

Film haqqında məlumat verən rejissor Tolqa Çətin bildirib ki, çəkilişlər zamanı əvvəlcə məşhur aktyorlardan ibarət aktyor heyəti cəlb etmək istəsələr də sonradan bu fikirdən imtina ediblər. Onun sözlərinə görə, filmin çəkilməsində əsas məqsəd film sektorunun çətinliklərini göstərməkdir.

Baş rollarını Ceyhun Fərsoy, Fərdi Qurtuldu və Serenay Aktaşın paylaşdığı filmin Türkiyə Qalası noyabrın 28-də gerçəkləşdiriləcək. Türkiyədə baş tutacaq Qaladan sonra sözügedən filmin Azərbaycanda təqdimat mərasimi keçiriləcək.

Bir neçə gün öncə filmin anonsu tamaşaçılara təqdim edilib.

Ülviyyə Cövdətqızı







21 Oktyabr, 2014  08:21 Baxılıb: 2321 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner