Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Press-reliz Yayım Xidməti” “ilin ən yaxşı PR xidməti” ni elan edib

Milli Bankın Kommunikasiya departamenti ən çox bal toplayıb

Mərkəzi Bankın Kommunikasiya departamenti “Press-reliz Yayım Xidməti” tərəfindən təşkil edilən “İlin ən yaxşı PR xidməti” müsabiqəsinin qalibi elan edilib. Bankın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumatda bildirilir ki, müsabiqənin nəticələrinə görə Kommunikasiya departamenti hökumət strukturları arasında “2010-cu ilin ən yaxşı PR xidməti” nominasiyası üzrə ən çox bal toplayıb. 

Qeyd edək ki, “İlin ən yaxşı PR-xidməti” müsabiqəsi 2006-cı ildən etibarən təşkil olunur. Artıq beşinci dəfədir ki, təşkil edilən müsabiqə “Alfa Alliance Group” Kommunikasiya Agentliyinin və “Anadolu Media” şirkətinin dəstəyi ilə keçirilir.

Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi və PR xidmətlərinin işindəki müsbət təcrübənin yayılmasından ibarətdir.
Xatırladaq ki, ötən ilin fevralında yaradılan Kommunikasiya departamentində iki şöbə - Strateji Kommunikasiya və İctimaiyyətlə əlaqələr şöbəsi, həmçinin Tərcümə qrupu fəaliyyət göstərir.







13 Aprel, 2011  15:47 Baxılıb: 1333 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner