Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AMİP hakimiyyətlə əlaqələrinə aydınlıq gətirdi - REAKSİYA

“Azərbaycanda müxalifətlə bağlı qeyri-mücərrət anlayış formalaşıb”.

Bunu Simsar.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Baş katibi Arzuxan Əlizadə təmisil etdiyi partiyanın hakimiyyətə işləməsi ilə bağlı səsləndirilən ittihamlara cavab verərkən deyib.

O bildirib ki, bəzi siyasi təşkilatlar müxalifət partiyası adı

altında bu düşərgəni monopoliyaya çevirib: “Digər siyasi təşkilatların, partiyaların müxalifət qurumu kimi gündəmdə olmasına qısqanclıqla yanaşırlar. Bəzi hallarda isə “qara piyar”la məşğul olurlar. Eyni zamanda həmin siyasi təşkilatlar tərəfindən AMİP haqqında da ittihamlar səsləndirilir. Amma bu, o demək

deyil ki, AMİP konkret olaraq hökumətyönümlü partiyadır”.

A.Əlizadə AMİP-in hər zaman Azərbaycan dövlətçiliyinin tərəfində dayanan siyasi təşkilat olduğunu da deyib:  “Hazırda AMİP iqtidarda təmsil olunmursa, deməli, AMİP-i müxalifət partiyası hesab etmək olar və bu, reallıqda da belədir”.

Pariya nümayəndələrinin hakimiyyətin heç bir qolunda təmsil olunmmadığlarını söyləyən AMİP Baş katibi deyib ki, silahdaşları yalnız seçkili qurum olan bələdiyyələrdə fəaliyyət göstərirlər: “Son parlament seçkilərində də, bizə qarşı çox ciddi haqsızlıqlar olub. Partiya nümayəndələrinin böyük əksəriyyəti, 90-na yaxın dairədə namizədliyini irəli sürmələrinə baxmayaraq, parlamentdə

təmsil olunmadılar. Halbuki, namizədlərimiz üstünlük əldə etmişdilər. Bu reallıqların müqabilində AMİP-i hakimiyyətə işləməkdə ittiham etmək “qara piyar”dan başqa bir şey deyil”.

Hüseyn İbadlı







15 Oktyabr, 2014  14:02 Baxılıb: 1318 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner