Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranda türklərin sayı ilə bağlı ŞOK açıqlama

İranda türklərin sayı barədə son statistik göstəricilər bəlli olub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruzun Simsar.az-a deyib ki, hazırda İranda türklərin sayı getdikcə artır. Artıq ölkə əhalisinin böyük hissəsi türklərdir.

Onun sözlərinə görə, bura türkmənlər, qaşqay türkləri və sayca az olan digər türkdilli xalqlar aiddir. Bu siyahıya isə əlbəttə ki, Azərbaycan türkləri başçılıq edir.

S. Aruz bildirib ki, İran əhalisinin 45 767 000 nəfəri Azərbaycan türküdür. Ölkədə 2 000 000 türkmən, 1 600 000 qaşqay türkü və  3 000 000 digər türkdilli xalqlar yaşayır. Nəticəyə əsasən, bu ölkədə türk əhalinin nüfuzunun 52 367 000 nəfər olduğu bəlli olur. İranda farsların sayı isə təəccüb doğurur. Belə ki, fars əhalinin sayının 11 400 000 nəfər olduğu bildirilir.

S. Aruz əlavə edib ki, bu məlumat ona İranın dövlət statistika qurumunda çalışan mənbə tərəfindən verilib.

Xatırladaq ki, İranın rəsmi açıqlamasına görə, 2011-ci ildə bu ölkə əhalisinin sayı 75 149 669 nəfər olub. Ölkədə dini məsələ önəmli olduğu üçün bölgü müsəlman və qeyri-müsəlmanlar kimi açıqlanır. Rəsmi məlumata əsasən, İranda müsəlmanların sayı 74 682 938 nəfərdir. Digər yerləri isə zərdüştlər, xristianlar, yəhudilər tutur.

Simsar.az







15 Oktyabr, 2014  13:15 Baxılıb: 3823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner