Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İLYAS İSMAYILOV ELXAN ŞÜKÜRLÜYƏ BAŞA SALACAQ

“Partiya rəhbərliyində heç də hamı İlyas İsmayılov kimi düşünmür” - “Elxan Şükürlünü partiyadan çıxarmayacam, anlaşılmazlığı aradan qaldıracağıq”  

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun İctimai Palatanın keçirdiyi aksiyalarla bağlı fikirləri partiyada narazılıq yaradıb. 

İ.İsmayılov bildirib ki, İctimai Palatanın aksiyalarının daha çox xaricdən qaynaqlanır və ölkədə gərginlik yaratmağa xidmət edir.

Partiya sədrinin müavini Elxan Şükürlü isə Simsar.az-a açıqlamasında deyib ki, partiya rəhbərliyində heç də hamı İlyas İsmayılov kimi düşünmür: “Əgər bu gün biz özümüz mübarizə aparmaqdan yayınırıqsa, hətta parlament tribunasından belə xalqın problemlərini deməkdən çəkiniriksə, heç olmasa başqalarının fəaliyyətinə kölgə salmamalıyıq”.  

E. Şükürlü bildirib ki, sədri İlyas İsmayılovdan fərqli olaraq, o, İctimai Palatanın keçirdiyi aksiyaları təqdir edir və bundan sonrakı mitinqlərə də qatılmaq niyyətindədir. Hətta partiya rəhbərliyi bunu istəməsə belə.

E.Şükürlünün açıqlamalarına münasibət olaraq İ.İsmayılov Simsar.az-a danışıb. Partiya sədri bildirib ki, o, «müxalifət xaricdən qaynaqlanır» deməyib: «Mən demişəm ki, ərəb ölkələrində baş verənlər müxalifəti ruhlandırır. Mən inanmıram ki, Elxan Şükürlü təmsil etdiyi partiyanı YAP-a bənzətsin. O, çox savadlı, işgüzar gəncdir. Təəssüf, Elxan Şükürlünün MSK üzvü olması məsələsi öz həllini tapmadı. Çox cəhd etdim, alınmadı. İndi olur da, insan incik düşür. Məncə Elxan Şükürlünün açıqlamaları incikliyin əlamətləridir».

“Mitinqlərə qoşulsa Elxan Şükürlü partiyadan çıxarılacaqmı” sualına İ.İsmayılov belə cavab verib: «Yanıma çağırıb onunla söhbət edəcəm. Fikirlərini öyrənəcəm. Məsləhətlərimi verəcəm. Onu partiyadan çıxarmayacam. Anlaşılmazlığı aradan qaldıracağıq».






12 Aprel, 2011  20:49 Baxılıb: 1740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner