Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SSRİ-nin ən məşhur adı

Yuri Qaqarinin həyat yoldaşına yazdığı məktubun məzmunu hələ də gizli saxlanılır

1962-ci ilin aprelin 9-da SSRİ Ali Sovetinin qərarı ilə 12 aprel Kosmonavtika günü elan olunub. 
Bu gün Yuri Qaqarinin şərəfinə Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur. Yuri Qaqarin 50 il əvvəl, 1961-ci ilin 12 aprelində bəşər tarixində ilk dəfə kosmosa uçan adam kimi adını tarixə yaza bilib. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib.
İlk dəfə sınaq üşün kosmosa it və pişik göndərilib. Y.Qaqarin isə 12 aprel tarixində dünyada ilk dəfə kosmosa uçan insan kimi tarixə düşüb. Bununla da o, kosmosun fəthi erasının əsasını qoyub. 
Yuri Qaqarindən sonra səmaya 32 ölkədən 431 kosmonavt uçub.
Kosmonavtın səmaya gedib qayıtmamasından sonra bütün dünyanın dilində ancaq bir ad gəzirdi: Yuri Qaqarin.
Deyilənə görə, Qaqarin uçuşdan əvvəl həyat yoldaşına məktub yazaraq, onunla vidalaşıbmış. Ancaq onun həyat yoldaşına yazdığı məktubun mövzusu barədə heç bir məlumat yoxdur. Hətta mətbuatda həmin vaxtlar yazılanlara görə, Qaqarinin vida məktubunda ətrafındakılardan narazılıq ifadə edən sözlər də olub. Bu gün də Qaqarin ölümü ilə bağlı çoxlu sayda ehtimallar var.
Qaqarinin faciəli şəkildə həlak olması ilə bağlı məsələni araşdıran komissiya da nəticələri gizli saxlanılmasını məqsədəuyğun bilib. Bununla belə, mətbuata sızan məlumatlara görə, komissiya qəzaya uğrayan təyyarənin qalıqlarının 95 faizini bir yerə yığmağa nail olub. Qəza yerində diametri 6, dərinliyi isə 7 metr olan çuxur əmələ gəlib. Qəza Qaqarinin yerə enmək üçün icazə istəməsindən 50-60 saniyə sonra baş verib.
Tapılmış qalıqların DNK yoxlaması isə onların yalnız bir adama aid olduğunu aşkara çıxarıb. O da Yuri Qaqarin deyil, digər həmkarı Seregin olub. Komissiya bu qənaətə gəlib ki, qəza uçuş vəziyyətinin qəfildən dəyişməsi və gəmi heyətinin olduqca riskli sayılan manevr etməsi nəticəsində baş verib.
Aynurə






12 Aprel, 2011  20:04 Baxılıb: 3803 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner