Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Gülay Zeynallı - "Mən səninləyəm" - VİDEO - FOTO

Simsar.az xəbər verir ki, xalq və bəstəkar mahnılarının mahir ifaçısı, tanınmış müğənni Gülay Zeynallı ilk dəfə özünü pop janrında sınayıb. "Mən səninləyəm" adlı mahnını sevənlərinə təqdim edən Gülay, uğurlu layihəsi haqqında oxucularımızı belə məlumatlandırdı:

"Sənətə gəldiyim gündən hər zaman çalışmışam ki, öz dəsti-xəttimlə addımlayım. Allahıma çox şükür edirəm ki,  fəaliyyətim boyu yetərincə uğurlar qazanıb, yeni nəsil ifaçılar arasında seçilməyə müvəffəq olmuşam.

Gülay olaraq repertuarımda yer alan mahnılar bu gün tamaşaçı rəğbətinə səbəb olursa,  deməli az iş görməmişəm.

Bəli, ilk dəfə özümü sırf pop-janrında sınamağa qərar verdim. Söz və musiqisi Nazim Məmmədova məxsus olan "Mən səninləyəm" bəstəsi üzərində peşəkar bir komanda çalışıb.

"Baku Strings" kaman qrupunun üzvlərinin fərqli çalğısını, peşəkar gitara ifaçısı Altan Turan öz improvizələri ilə tamamlayıb. Mahnının aranjemanını və  Mix masteringini istedadlı musiqiçi Fərid İman edib.

"FDS production"un məhsulu olan"Mən səninləyəm" cəmi iki gün Youtube kanalına yerləşdirilsə də yetərincə dinləyici marağına səbəb olub. Əminəm ki, oxucularınızda xoş təəssürat yaradacaq".

Gülay açıqlamasının sonunda onu da vurğuladı ki, çox yaxın vaxtlarda bu mahnıya fərqli klip də çəkdirəcək.

Oxucularımız üçün sözügedən mahnını yayımlayırıq.

Şahin Cavadsoy

Simsar.Az







14 Oktyabr, 2014  14:56 Baxılıb: 5296 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner