Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xristian qəbiristanlığından REPORTAJ – FOTOLAR

Həmişə maraqlı, qərbə mövzular təklif edən redaktorumuz, bu dəfə mənə Xristian qəbiristanlığından reportaj tapşırdı. Doğrusu nə yazacağımı bilmirdim. Qəbiristanlıqdan nə yazmaq olar axı, deyə düşünürdüm. Kefli İskəndər kimi ölülərlə söhbət etsəm, səmimi alınmazdı.

Yağışlı bir səhər, qəribə ruh halım var idi. Qərar verdim, gedib görüm, düşündüklərimi yazım. Elə də etdim...

Xristian qəbristanlığına getmək üçün, müsəlman qəbristanlığından keçməli oldum. 20-30 metrdən bir əllərində balaca kitabçalar oturub, gələn ziyarətçilərin qabağına qaçan mollaların, tikinti-abadlıq işləri aparan, daş yonan, bəzəkli-düzəkli başdaşları qoyan ustaların səs-küyü ətrafı bürümüşdü. Özümü qəbristanlıqda yox, bulvarda hiss edə-edə, bir-birindən dəbdəbəli, qeyri-adi qəbirlərə, “movzaleylər”ə baxa-baxa rus qəbristanlığına çatdım.

Burda  mənzərə və hislər tamam başqa idi. Səs-küydən qaçıb özlərinə sakit, təhlükəsiz yer tapan quşların cəh-cəhi və qarşılaşdığım sadəlik mənə şəhərin soyuqluğunu unutdururdu. Hər tərəf yaşıllıq, sadəlik. İçərilərə doğru getdikcə sanki paytaxtda yox, tamamilə başqa bir məkana, başqa bir zamana düşürdüm. Meqapolisin gurultusundan, cah-cəlalından qopurdum.  Kimsəsiz və sadə, paslanmış dəmirdən olan baş daşları... Çox nadir hallarda daş qəbirlərə rast gəlmək olur ki, onlar da elə müsəlman qəbristanlığında olduğu kimi bahalı mərmərdən yox, adi daşlardan hazırlanıb. Qəbir üstündə geyim-gecimli böyük şəkillərə də rast gəlmək mümkün deyil.

Darıxmağa başladım, amma bu darıxmaq bir rahatlıq verirdi mənə, ruhum dincəlirdi. Bütün bu rahatlıq içində bir kədər var idi ki, bu da kimsəsizlik idi. Qəbirlərdə də bunu hiss elədim. Sükut və hüzur içində gözləri yol çəkirdi... Qəriblik hiss elədim. Sanki ruhlar da qəribsəmişdilər, darıxırdılar. Əyilmiş, ot basmış, çoxdandı ziyarətinə kimsənin gəlmədiyi hiss olunan məzarlardakı adları oxuduqca düşünürdüm: görəsən bu insanın övladları varmı, görəsən heç bunu yada salan varmı, kim dəfn edib axı bu insanları bura, hanı bəs onlar?

Bütün bu təzadlara baxmayaraq, burda uyuyanlar yaşıllığa bürünmüş, svilzasiyadan, dəbdəbədən, göstərişdən uzaq, rahat və sadə yerlərindən məmnun idilər...

“Ziyarətimizə gələn az olsa da, bizə belə yaxşıdır” – deyirdilər...

Xristian qəbiristanlığında bir daha əmin oldum,  bu dünyada da, o dünyada da rahatlıq və gözəllik sadəlikdədir...

“Allah sizə rəhmət eləsin ölülər...”

Vüsal Qarayev

 






13 Oktyabr, 2014  16:38 Baxılıb: 2258 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner