Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səhiyyə Nazirliyi islahat açıqlaması verdi

Fevralın 23-dən aprelin 5-dək “Qaynar xətt”ə 1899 müraciət daxil olub

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, daxil olmuş bütün müraciətlər əsasında araşdırmalar aparılıb və onların nəticələri təhlil edilib. 

“Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərin 590-ı şikayət, 629-u sorğu xarakterlidir. Müraciətlərin 470-i əsassız olub, 210-u isə aidiyyəti üzrə deyil. Şikayət xarakterli müraciətlər əsasən dərman təminatı, hospitalizasiya, müayinə və müalicə məsələləri ilə bağlıdır: “Xüsusi araşdırma tələb etməyən müxtəlif xarakterli cari məsələlər Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin əməkdaşları, nazirliyin tibb müəssisələrinə təhkim olunmuş nümayəndələri və tibb müəssisələrinin rəhbərləri tərəfindən operativ olaraq yerindəcə həll edilib və müvafiq tədbirlər görülüb, tibbi yardımla bağlı bütün müraciətlər xüsusi ciddiliklə araşdırılıb. Ümumilikdə aparılan araşdırmaların nəticələrinə əsasən, xəstələrə tibbi yardımın təşkilində və göstərilməsində yol verdikləri nöqsanlara, şikayətlərin yaranması üçün zəmin yaratdıqlarına, xəstələr və onların yaxınları ilə rəftar zamanı etik normaları pozduqlarına görə tibb işçiləri barədə inzibati tənbeh tədbirləri görülüb. Belə ki, 4 nəfər tutduğu vəzifədən azad edilib, 16 nəfərə şiddətli töhmət, 20 nəfərə töhmət elan edilib, 26 nəfərə isə yazılı və şifahi xəbərdarlıq olunub”.






12 Aprel, 2011  18:02 Baxılıb: 1302 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner