Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnflyasiya qorxusu yoxdu

«İnflyasiyanı birrəqəmli səviyyədə saxlamaq üçün çevik məzənnə siyasəti aparırıq"

Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsinin aşağı düşməsinin obyektiv bazar əsasları var.

Bu barədə “APA-ECONOMICS”ə Azərbaycan Mərkəzi Bankının sədr müavini Aftandil Babayev bildirib.

Onun sözlərinə görə, tədiyyə balansının yüksək profisitliyi şəraitində valyuta bazarında dolların təklifi əhəmiyyətli dərəcədə artıb: «Biz də pul siyasətində qoyulan hədəflərə uyğun olaraq inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq üçün çevik məzənnə siyasəti aparırıq. Bundan başqa, dünya bazarında gedən proseslərin də dolların məzənnəsinə təsiri var. Nəticədə manatın dollar qarşısında möhkəmlənməsi təbiidir. Vəziyyətə nəzarət imkanlarımız kifayət qədərdir. Həm makroiqtisadi sabitliyi, həm də digər amilləri nəzərə alaraq proseslərə təsir etmək imkanlarımız var».

ABŞ dollarının məzənnəsinin hansı səviyyəyə qədər enə biləcəyini açıqlamayan A.Babayev bildirib ki, dünya bazarlarındakı kəskin dəyişkənlik Azərbaycanda baş verməyəcək. O, Azərbaycanda bu yaxınlara qədər inflyasiyanın yüksək olmasını əsasən dünyada ərzağının bahalaşması ilə izah edib: «Son vaxtlar dünya ərzaq bazarında qiymətlər sabitləşməyə başlayıb. Bu il Azərbaycanda inflyasiyanın birrəqəmli səviyyəni keçməyəcəyi proqnozlaşdırılır və ümid edirəm ki, buna nail olacağıq. Bir şərtlə ki, dünya bazarında idxal malları xüsusi bahalaşmasın. Amma biz buna da təsir etməyə çalışacağıq. Dövlət başçısının tapşırığı ilə həyata keçirilən antiinhisar tədbirləri də bu sahəyə təsir edə bilər. Bununla belə, əsas amil tələb və təklifdir».






12 Aprel, 2011  17:47 Baxılıb: 1464 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner