Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ümumrespublika məqalə müsabiqəsi

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi yeni istedadlar axtarır

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycanın müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunmuş ümumrespublika məqalə müsabiqəsi elan edir. SAM-dan APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişlərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi və stimullaşdırılması, yeni istedadların aşkara çıxarılmasıdır. 

Müsabiqədə Bakı və regionlarında, ali təhsil (dövlət və özəl) müəssisələrində ictimai və humanitar elmlər sahəsində əyani təhsil alan gənc bakalavr və magistrlər, eləcə də AMEA-nın və digər elmi-tədqiqat institutlarda çalışan qiyabi təhsil alan magistrlər iştirak edə bilərlər. Müsabiqəyə təqdim edilmiş işlər müəllif ideyalarını əks etdirməli, analitik meyara cavab verməlidir. Təklif edilən ideyalar arqumentlərlə əsaslandırılmalıdır. Qeydlər və istinad edilən mənbələr göstərilməlidir. Münsiflər heyəti ideyanın yeniliyi və təhlilin dərinliyi ilə yanaşı, müəllif baxışını və üslubunu da dəyərləndirəcək.

Oktyabr ayında müsabiqənin yekunlarına həsr edilən ümumrespublika konfransı keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı işlərin toplu şəklində çap edildiyi kitabın təqdimatı keçiriləcək.

Müsabiqənin keçirilmə müddəti 15 aprel - 30 iyun arasındadır.






12 Aprel, 2011  15:54 Baxılıb: 1243 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner