Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Çuxurum dərin, yerim də rahatdı” - FOTOLAR

"Dodaqqaçdı"nın qonağı Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətovdur.

1. Deyirlər, həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?

-Mən Mübarizə can sağlığı arzulayıram, əmim oğludu, çox yaxşı insandı. O anadan olanda atasına deyiblər ki, oğlun olub, 1 aprel olduğundan elə bilib onunla zarafat edirlər, inanmayıb. Mübariz eyni zamanda sürücüdü,  Xızıya həmişə onunla  gedirəm. Oduki,  yolların çətinliyindən qorxmuram. Şükür Allaha,  həmişə sağ gedib, salamat  gəlmişik.

Sual 2. Başqa bir deyim də var. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?

-Pəncərəmin birinə milçək setkası vurmuşam, birinə yox. Setkalıdan baxanda dumanlı görürəm, o birindən baxanda günəşli.

3. İnsanlardan usanıb, hər şeyə yox deyərkən, içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” “siz”ə nə deyir?

-Deyir ki, nə ağıllı adamsan.

Sual 4. Xoşbəxtsiniz deyilmi?

-Əsas odur ki, bədbəxt deyiləm

Sual 5. İtin hürdüyü, karvanın keçdiyi bir vaxtda it hürən tərəfə gedərsiniz yoxsa işıq gələn tərəfə?

-Yiyəsiz itlər o qədərdi ki, hara gedirsən hürürlər. Odur ki,  çalışıram işıq gələn tərəfə gedim, inşəallah, qarşıma div çıxmaz.

6. Deyim var: Yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

-Bilirsiz, yağmaq istəyənlər çoxdur, amma ehtiyyat edirlər. Onları başa düşürəm. Yəqin fikirləşirlər ki,  özümlə çətir gəzdirmirəm deyə, yağış məni isladacaq.  Odur ki, anladanlar daha çoxdur.

7. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

-Kədərimə sevinənlər, bəlkə də var, bilmirəm. Amma sevincimə kədərlənənlər çoxdur.

Sual 8. Gecənin qaranlığından doğan zülmətin sükutunun səsini eşitmisiniz?

-Qonşuluqda yaşayan kirayənişinlər söz-söhbətləriylə gecənin sükutunu o qədər  pozurlar ki, məcbur olub onların səsinə qulaq asıram. Əsəbləşib naəlac qalanda, hərdən özüm də durub onlara qoşuluram.

Sual 9. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?

-Razıyam, razıyam, Günlərim də nurludur, özüm də nurluyam.

10. Deyirlər musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın rolu?

-Mən Bülbül adına orta ixtisas musiqi məktəbinin  xalq çalğı alətləri şöbəsinin  tar sinfini bitirmişəm. Orta məktəbdə də riyaziyyatı çox sevirdim. Odur ki, calışıram bütün işlərimdə, həm ritmi yaxşı tutum, həm də ölçü-biçi, nizam olsun.

11. Təkamül  nəzəriyyəsini zəncirə bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdır ki?

-Əcəb yerdə axşamladıq. Düzü, bu zəncir məsələsinə bir az ehtiyatla yanaşıram deyə fikir bildirmək çətindir. Amma deyirəm, Darvin olanda nə olar e, yəqin o da fikirli olub, yaddan çıxarıb də əvvəli.

12. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var, bəs sizin nə deməyə haqqınız var?

-O hesabdan, yəqin mən dünya olaram də.

13. Gözəllik dünyanı xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?

-Əksəriyyət onu nəzərdə tutur. Əslində isə gözəllik insanın daxilindədir.  Amma inanmıram ki, Allahdan başqa nə isə dünyanı xilas  etsin.

Sual 14. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?

-Tapmışam, şükür. Çuxurum dərindi, yerim də rahatdı.

Sual 15. Əsrə bərabər gününüz olub?

-Bir neçə dəfə olub. Tıxacda qalanda, küçədə, ya dayanacaqda məcbur olub bezdirici, bayağı musiqiyə qulaq asanda adam o qədər əsəbiləşir ki...

16. Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiniz?

-Əgər  gün şirin olubsa, onun həsrəti acı ola bilər?  Yox, acı həsrət çəkməmişəm. Acı həsrəti heç Allah qismət eləməsin, nə mənə, nə başqasına.

Sual 17. Gələcək necə gələcək?

-Necə gəlir-gəlsin, metroynan gəlməsin.

Sual 18. Gözlərinizdə kədər görürəm, o kədər eşqdən olmasın?

- Nə eşq, nə sevda. Ələyim ələnib, xəlbirim göydə fırlanır. Bundan sonra nə kədər.

Sual 19. Sonun başlanğıcına inanırsınız?

-Əlbəttə inanıram. O qədər adam var ki, az qala hər gün “daha içməyəcəm, bu axırıncıdı” deyib ömrünü meyxanada başa vurur.

Sual 20. Suallarımız sizi sıxmadı?

- Yox, maraqlı idi. 20-ci sualı eşidəndə lap sevindim. Bu qədər fəlsəfi suala ağıllı cavab verməmək o qədər də asan məsələ deyil axı.

Simsar.az






9 Oktyabr, 2014  16:10 Baxılıb: 1564 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner