Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Facebook”un “WhatsApp”ı alması təsdiqləndi - 19 milyard dollara

Avropa Komissiyası “Facebook” sosial şəbəkəsi tərəfindən “WhatsApp” mobil messencerinin 19 milyard dollara satın alınması üzrə sazişi təsdiq edib.

Simsar.az xəbər verir ki, bundan əvvəl Avropanın tənzimləyici orqanları ABŞ yüksək texnoloji şirkətlərinin Avropada mövqeyinin möhkəmlənməsindən ehtiyat edərək potensial alışı təsdiq etməyiblər.

Avropa Komissiyası iyulda “WhatsApp” və “Facebook” arasındakı sazişi antiinhisar qanunvericiliyi pozması ilə bağlı araşdırmağa başlayaraq ətraflı anketləri onlayn messencerlərin hazırlanmasında ixtisaslaşan rəqib şirkətlərə göndərib.

Anketdə alışın onlayn bildirişlər bazarı üçün mümkün nəticələri və fərdi məlumatlardan istifadə üzərində nəzarətlə əlaqədar problemlərlə bağlı bir sıra suallar olub.

“Facebook” cari ilin mayında sazişi qiymətləndirmək xahişi ilə Avropa Komissiyasına müraciət edib ki, alışın başa çatması mərhələsində regionun bir sıra ölkələrində əlavə araşdırmalara ehtiyac qalmasın. Sövdələşmə “Facebook” tərəfindən 2014-cü ilin fevralında açıqlanıb.

“WhatsApp” sürətli məlumat mübadiləsi servisi dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servisdən 100-dən çox ölkədə istifadə edilir. Əlavə “iOS”, “Android”, “BlackBerry”, “Nokia S40”, “Symbian” və “Windows Phone” mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda quraşdırılır. Messencerdən ayda 400 milyon nəfər istifadə edir.

Günel







9 Oktyabr, 2014  09:51 Baxılıb: 1086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner