Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

HAKİMİYYƏT - MÜXALİFƏT GƏRGİNLİYİNƏ NECƏ SON QOYULSUN?

Simsar.az vəziyyətdən çıxış yollarını tanınmışlardan soruşdu 

Azərbaycan hakimiyyəti ilə müxalifəti arasında uzun illərdir davam edən soyuq mnüasibət artıq gərginlik həddinə çatıb. Ictimai Palatanın Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiyalardakı qarşıdurmalar isə bu gərginliyi daha da artırıb.

Bu gərginliyi necə aradan qaldırmaq olar? Simsar.az ictimaiyyətdə tanınmış şəxslərdən bu suala cavab alıb.

Millət vəkili Nizami Cəfərov: “Müxalifət ölkədə qayda-qanunlara riayət etməlidir”

- Buna gərginlik demək olmaz. Təbii gərginlik odur ki, müxalifət iqtidarın fəaliyyətinə etiraz etsin, o zaman iqtidar da hansısa tədbirlər həyata keçirsin. Amma son günlər baş verənlər müxalifətin iqtidara qarşı konnekturasıdır. Son günlər baş verənlər şəxsi ideyalara xidmət edir. Bu hadisələrdə xarici qüvvəllərin də əli var. Olaylarda xarici qüvvələrin hansı maraqları olduğunu bilmirəm, amma müxalifətin xaricdən maliyyə almaqda marağı var. Bu gərginlik sayılmır, ona görə də barış ola bilməz. Müxalifət ölkədə qayda-qanunlara riayət etməlidir.

Xalq şairi Vaqif Səmədoğlu: “Bu barədə hələ ki, danışmaq istəmirəm”

- Gərginlik bir-birini başa düşməklə, bir-birinə güzəştə getməklə azalır. Amma ölkədə son günlər baş verən hadisələrdə başqa məqamlar da var, bu barədə hələ ki, danışmaq istəmirəm, vaxtı çatanda danışacam.

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı: “Çox qısa zamanda Azərbaycan İsveçrə kimi çiçəklənə bilər”

- Məsələyə hakimiyyət - müxalifət müstəvisindən daha çox, hakimiyyət - xalq müstəvisindən baxmaq lazımdır. Prezident İlham Əliyev tərəfindən elan olunmuş korrupsiyaya qarşı mübarizə davamlı olsa, onda ölkədə gərginlik qalmayacaq. Azərbaycanın inkişafı üçün həm subyektiv, həm də obyektiv imkanları var. Həmçinin Allahın bəxş etdiyi təbii ehtiyatımız da yetərincədir. Çox qısa zamanda Azərbaycan İsveçrə kimi çiçəklənə bilər. Amma cəmiyyətin gözləntiləri hələ də özünü doğrultmayıb. Əgər cəmiyyətdən sosial sifariş gəlirsə, bunu hakimiyyət görməli və qıcıqla yanaşmamalıdır. Müxalifətdən çox şey asılı deyil, çox böyük yük hakimiyyətin üzərinə düşür. Müxalifət xalqdan gələn sosial sifarişin ifadə etməlidir. Müxalifət bir-iki öndə olan şəxsin siması kimi başa düşülməməlidi. Hamı istəyir ki, insan haqlarının qorunduğu, çiçəklənən bir ölkədə yaşasın”.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev : “Qarşılıqlı istək olsa, gərginlik azalacaq” 

- Hakimiyyətin öz funksiyası var, müxalifətin öz funksiyası. Hər bir halda dioloq çox vacibdir. Hər iki tərəf arasındakı gərginliyi azaltmaq üçün stol arxasında danışıqlar olmalıdır, ortaq məxrəcə gəlinməlidir. Yaxşı olardı ki, müxalifət bir sıra təkliflər, layihələr hazırlasın və hakimiyyətə təqdim etsin, yaxud da qarşı qarşıya oturub çözülməli məsələləri həll etsinlər. Bunun üçün də qarşılıqlı istək lazımdır, bu istək olarsa, gərginlik də azalacaq.

Psixoloq Elnur Rüstəmov: “Lap hakimiyyət dəyişilsə belə, bu insanların həyatında heçnə dəyişməyəcək”

- İnsanlardakı aqresiyya nədənsə çıxmalıdır. Bu həm şəxsi həyatda, həm də sosial müstəvidə ola bilər. Şəxsi həyatda baş verəndə bu aqresiyya ailədəki üzvlərdən birindən çıxarılır. Son günlər baş verən aksiyalar, gərginliklər ondan yaranır ki, insanların bir qismi həyatındakı çatışmazlığı rejimə, idarəetməyə qarşı çıxmaqda görürlər. Çox vaxt da belə gərginlik səngimək bilmir. Lap hakimiyyət dəyişilsə belə, bu insanların həyatında heçnə dəyişməyəcək. İnqilab insanın daxilindən başlamılıdır”.

Aynurə Həsənova






11 Aprel, 2011  21:01 Baxılıb: 1464 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner