Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Məşhur Azərbaycan şahmatçıları ÜZ-ÜZƏ

Bu gün Azərbaycanın paytaxtında, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində FİDE-nin kişi şahmatçılar arasında 2014-2015-ci illər üçün Qran-pri seriyasının 1-ci mərhələsi başlanıb.

Simsar.az xəbər verir ki, turnirdə 12 şahmatçı iştirak edir - Fabiano Karuana (İtaliya, 2844), Aleksandr Qrişşuk (Rusiya, 2797), Serqey Karyakin (Rusiya, 2767), Hikaru Nakamura (ABŞ, 2764), Şəhriyar Məmmədyarov (Azərbaycan, 2764), Lenyer Dominqes (Kuba, 2751), Boris Gelfand (İsrail, 2748), Pyotr Svidler (Rusiya, 2732), Teymur Rəcəbov (Azərbaycan, 2726), Dmitri Andreykin (Rusiya, 2722), Rüstəm Kasımjanov (Özbəkistan, 2706), Yevgeni Tomaşevski (Rusiya, 2701).

Oyunların nəzarət vaxtı belədir: ilk 40 gediş üçün 2 saat, sonrakı 20 gediş üçün 1 saat, daha sonra partiyanın sonuna qədər 15 dəqiqə və 61-ci gedişdən başlayaraq hər gediş üçün əlavə 30 saniyə. Oyun günləri: 2-5, 7-10, 12-14 oktyabr. İstirahət günləri - 6, 11 oktyabr. Mükafat fondu - 120.000 avro.

Qran-pri turniri dörd mərhələdən ibarət olacaq. Hər bir iştirakçı üç turnirdə iştirak etməlidir və hər üç turnirin nəticəsi ümumi zaçota hesablanacaq. Seriyanın iki qalibi iddiaçıların turnirində çıxış etmək hüququ qazanacaq.

Cümə axşamı, oktyabrın 2-də birinci turda aşağıdakı cütlüklər qarşılaşacaqlar: Ş.Məmmədyarov – T.Rəcəbov, L.Dominqes-R.Kasımjanov, Y.Tomaşevski-A.Qrişşuk, S.Karyakin-F.Karuana, B.Qelfand-D.Andreykin, H.Nakamura-P.Svidler.






2 Oktyabr, 2014  18:31 Baxılıb: 923 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner