Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

DİN-dən Cəmil Həsənlinin qızı ilə bağlı açıqlama

"Cəmil Həsənlinin qızı yol-nəqliyyat hadisəsi törədib və bunu hüquq-mühafizə orqanlarından gizlədib".

Simsar.az-ın məlumatına görə, bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

O qeyd edib ki, 10 gün əvvəl, sentyabrın 19-da saat 14:30 radələrində sürücü Günel Həsənli idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1928-ci il təvəllüdlü Ədilə Səlimovanı vurub: “Günel Həsənli xəsarət alan piyadanı götürərək xəstəxanaya aparıb. Sürücü məsuliyyətdən yayınmaqdan ötrü zərərçəkmiş şəxslə sövdələşib və həkimlərə yalan məlumat verib. Onlar bildiriblər ki, guya Ədilə Səlimova yıxılıb və Günel Həsənli yardım etmək məqsədi ilə onu xəstəxanaya aparıb. Lakin polis əməkdaşlarının apardığı araşdırmalar nəticəsində hadisənin əsl mahiyyəti üzə çıxıb və onların hər ikisi danılmaz faktlar qarşısında aciz qalaraq hadisəni etiraf edib”.

E. Zahidov həmçinin qeyd edib ki, hazırda baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırmaları davam etdirilir və araşdırmaların nəticəsinə uyğun olaraq fakta hüquqi qiymət veriləcək.

Qeyd edək ki, C. Həsənli hazırda Milli Şuranın sədridir.







2 Oktyabr, 2014  18:24 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner