Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva türkmənlər adından müraciət etdi – AŞPA-da

Millət vəkili  Qənirə Paşayeva İraq və Suriyada yaşayan türkmənlər adından Avropa Şurasına müraciət etdi.

Bu gün AŞPA-da "İŞİD kimi tanınan terrorist qrupu tərəfindən insanlıq əleyhinə törədilən hədələr: xristianlara və başqa dini və ya etnik icmala qarşı zorakılıq" adlı məruzəçi Theodora Bakoyannisin hazırladığı məruzə ətrafında geniş müzakirələr keçirilib. Müzakirədə çıxış edən millət vəkili Qənirə Paşayeva Assambleyadakı çıxışında deyib:” Suriyada davam edən böhran və terrorist qrupların, xüsusilə "İraq və Suriyada İslam Dövləti" adlanan qrupun peyda olması regiona və onun  hüdudlarına  ciddi təhlükə törədir. Zorakılıq heç bir sərhəd tanımır. Regionda yaşayan insanlar, istər yezidlər, türkmənlər, kürdlər, yaxud müsəlmanlar, xristianlar, dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Onların hamısı eyni zülmün qurbanlarıdır. İkincisi, biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, regional ölkələr humanitar fəlakətlə üzləşiblər. Türkiyə 1,5 milyon insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Təqribən 250 min nəfər son iki həftədə sərhədi keçmişlər. Biz Türkiyənin bu istiqamətdə olan səylərini təqdir etməliyik. Assambleya bütün üzv dövlətlərə onların məsuliyyətini öz üzərlərinə götürməyi və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Mən Assambleyamıza İraq və Suriyada yaşayan milyonlarla türkmənlərin, onların təmsilçilərinin xahişi ilə onların da düşüncələrini, səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq və cağırış etmək  istəyirəm. Əziyyət çəkən digər etnik və dini qrupların səsi,düşünccə və çağırırşları burada həmkarlarım tərəfindən səsləndirildi və məruzədə öz əksini tapır. Mən də türkmənlərin səsinin, cağırışının burada səslənməsini istəyir və sizə çatdırıram. 100-lərlə türkmən  İŞİD tərəfindən qətl edilib, çoxlu sayda insan girov götürülüb, 10 minlərlə insan yaşadığı kəndin, bölgənin İŞİD-in əlinə keçməsindən sonra və ya bölgəsindəki dəhşətli vəziyyət üzündən evini tərk etmək, qaçmaq məcburiyyətində qalıb. Evini, sağlamlığını, işini itirən türkmənlərin sayı yüzminlərlərdir və türkmənlər Avropa Şurasını onlara dəstək olamağa, kömək göstərməyə çağırır. Çünki etnik kimliyindən və dini inancından asılı olamayaraq biz İŞİD  zülmündən əziyyət çəkən hər kəsin səsini eşitməli və onlara öz dəstəyimizi göstərməliyik.  Özəlliklə evini, işini itirmiş və qaçqın düşmüş insanlara daha çox humanitar dəstək göstərməyimizə böyük ehtiyac var.    Üçüncüsü, regionda İŞID-la və başqa terror qrupları ilə mübarizədə mənbə ölkələr və göndəriş ölkələri müəyyən edilməli və döyüşçülərin münaqişə zonalarına səyahət etməsi dayandırılmalıdır. Bu ağır yükü tək Türkiyənin üzərinə qoymaq ədalətsizlik olardı.  Hörmətli həmkarlar, son olaraq vurğulamaq istərdim ki, İslam sülh və barış dinidir. İslam heç vaxt zorakılığa izn vermir. Biz İŞID təhlükəsi ilə üzləşmiş Avropa cəmiyyəti arasında islamofobiya təmayüllərinin mümkün artmasına diqqət yetirməliyik. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri yalnız bu kimi  terrorist qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də biz Avropada İslamafobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq.







2 Oktyabr, 2014  15:42 Baxılıb: 808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner