Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hacıqabulda baş verənlərə – REAKSİYALAR

Əflatun Amaşov jurnalistlərin, Ehsan Zahidov polislərin tərəfini saxladı

“Azərbaycanda jurnalist informasiya toplamaqda, hazırlamaqda, yaymaqda tam müstəqildir. Hacıqabul cəbhə xəttindən xeyli uzaqdır. Rayon yerli hakimiyyət orqanları vəziyyəti düzgün qiymətləndirməyiblər”.

Bunu Simsar.az-a jurnalistlərin Hacıqabul rayonunda saxlanılmasına münasibət bildirən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti, yalnız cəbhə boyu baş verən olaylarla bağlı qanunvericiliyə əlavələr edilməsi üçün sərəncam imzalayıb. Və yeni dəyişiklilərə görə jurnalistlər, yalnız cəbhə xəttinə getmək üçün müdafiə nazirliyində akkreditə olunmalıdırlar. “Hacıqabul cəbhə xəttindən xeyli uzaqdadır. Rayon yerli hakimiyyət orqanları vəziyyəti düzgün qiymətləndirməyiblər. Onlar ən asan yolu, jurnalistlərin fəaliyyətini məhdudlaşdırmaqda görüblər. Nə edəcəklərini bilməyiblər. Və sizin kimi jurnalistlərin fəaliyyətini məhdudlaşdıraraq polis bölməsinə aparıblar.

Ə.Amaşov belə halların təkrarlanmaması üçün, müzakirələrə ehtiyac olduğunu deyib: “Bu məsələlərlə bağlı müzakirələr aparılmalıdır, yerli hakimiyyət orqanları dəqiq bilsinlər ki, cəbhə, müharibə xəbərləri ilə bağlı hansı xəbərlərə məhdudiyyətlər qoyula bilər”.

Qeyd edək ki, millət vəkili Çingiz Qənizadə də Simsar.az-a açıqlamasında Hacıqabulda baş verənlərin birmənalı şəkildə jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə olduğunu, jurnalistin istənilən şəhid ailəsindən heç bir dövlət orqanından icazə almadan müsahibə almaq hüququnun olduğunu bildirmişdi.

Maraqlıdır ki, Mətbuat Şurasının sədri və millət vəkili bunları dedikləri halda, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik leytenant Ehsan Zahidov heç bir əsas gətirmədən, Hacıqabul rayonuna gedib şəhid ailəsindən müsahibə almaq üçün Müdafiə Nazirliyindən rəsmi icazə alınmalı olduğunu bildirib: “Cənab prezidentin sərəncamı var. Bu niyyətiniz barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət etməliydiniz. Sizə tövsiyələr və istiqamət verilməliydi. Jurnalistlərdən kim harda gəldi şəhid haqqında reportaj hazırlaya bilməz”.

Jurnalistlərin 4 saat polis tərəfindən rayon polis şöbəsində saxlanılması məsələsinə gəlincə isə Ehsan Zahidov qəribə  şəkildə, jurnalistin fəaliyyətinin və azadlığının məhdutlaşdırılmasının qanun çərçivəsində olduğunu deyib: “Araşdırıblar siz kimsiniz, nə məqəsədlə burdasınız. Bu araşdırılmalıdır”.

Məlumat üçün bildirək ki, oktyabrın 1-i, Hacıqabula şəhid ailəsindən müsahibə almaq üçün ezam olunmuş Simsar.az-ın redaktoru və 4 əməkdaşı, Şəhər İcra Hakimiyyəti və Hüquq mühafizə orqanları tərəfindən təqibə məruz qalıblar. Daha sonra isə icra hakimiyyəti və hüquq mühafizə orqanlarının əməkdaları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılıblar. Mətbuat nümayəndələri 4 saata yaxın şöbədə saxlanıldıqdan sonra buraxılıblar.

P.S: Ölkə qanunlarını Ehsan Zahidova qanun müdafiəçiləri xatırlatdılar. Bizsə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşına,  Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsini və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsini xatırladırıq:

Azərbaycan Respublikasının Konstitusiyası - II fəsil: DÖVLƏTİN ƏSASLARI - Maddə 50: Məlumat azadlığı:

I. Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.(2)

Ümumdünya insan hüquqları bəyannaməsi - 19-cu maddə: Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

Vüsal Qarayev

 






2 Oktyabr, 2014  15:21 Baxılıb: 1227 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner