Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Professor həyacan təbili çaldı – TƏHLÜKƏ QAÇILMAZDIR

“Xəzər dənizinin bölünməsindən aslı olmayaraq İran və Rusiya hər zaman Ermənistanı dəstəkləyir və müxtəlif sahələrdə əmkaşlıq edir”.

Bunu Simsar.az-a Qərb Univeristetinin professoru, politoloq Fikrət Sadıqov Həştərxan Sammitinin nəticələrini şərh edərkən deyib.

O bildirib ki, Xəzəryanı ölkələrin Həştərxanda ortaq qərar qəbul etməsi müsbət haldır. Çünki ekoloji və enerji təhlükəsizliyi məsələlərinə baxılıb. Eyni zamanda müəyyən təhülkələrə qarşı birgə mübarizənin yolları müzakirə olunub: “Həştərxanda başqa regiona məxsus olan hərbi gəmilərin Xəzər dənizində yerləşdirilməməsi ilə razılıq əldə olunub. Bu, Azərbaycan üçün önəmli haldır və qoruyucu amildir”.

Xəzərdə Rusiya hərbi gəmilərinin möyqelərinin dəyişməsi məsələsinə toxunan professor deyib ki, “söhbət hərbi təlimlərdən gedirsə, burda Azərbaycan üçün heç bir təhlükə yarana bilməz. Təlimlər müvəqqəti tədbirdir. Təlim qurtaran kimi gəmilər əvvəlki mövqelərinə qayıtmalıdır. Əgər hansısa ölkənin dəniz qüvvələri digər ölkənin ərzisinə daxil olarsa, o zaman böyük təhlükə yaranacaq. Belə olan halda təcavüzə məruz qalan dövlət dərhal digər 3 dövləti xəbərdar etməlidir. Mənə elə gəlir ki, bu məsələylə bağlı da müəyyən razılığıa gəlinib.

Azərbaycanın dəniz resurslarından yararlanmsında problemlərin yaranma ehtimalından danışan politoloq hesab edir ki, hələ də müəyyən təhlükələr var: “Bu günə kimi Xəzər bölünməyib. Bu əsas məsələdir, problemin nüvəsidir. Məhz buna görə də Azərbaycan üçün təhlükənin yaranması qaçılmazdır. Biz, belə təhlükələrdən narahat olmalıyıq. Həm diplomatik, həm də siyasi üsullardan aktiv istifadə etməliyik ki, ölkəmiz üçün təhlükə yaranmasın”.

Hüseyn İbadlı







2 Oktyabr, 2014  14:16 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner