Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Müsəlmanlar San-Sironu fəth etmək istəyir" - La Qazzetta dello Sport

İtaliyanın nüfuzlu “La Qazzetta dello Sport” nəşrində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla müsahibə çap olunub. Lent.az-ın Milandakı əməkdaşı Səbuhi Məmmədlinin verdiyi xəbərə görə, müsahibə “Qarabağ”lı futbolçuların məskunlaşdığı otelin təsviri ilə başlayır. Müəllif azərbaycanlı futbolçuların çox rahat olduğunu yazır: “Qarabağ”lı futbolçuları heç elə bil “İnter”lə vacib oyun gözləmir”.

Qurban Qurbanov “La Qazzetta dello Sport”a müsahibəsində hər zaman İtaliya futbolundan öyrəndiyini bildirib: “Müdafiə futbolunun özəlliklərini məhz İtaliya futbolundan öyrənməyə çalışmışam. Uşaq vaxtı ən çox sevdiyim klub “Milan” idi”.

Qurban Qurbanovun AVRO-2004-ün seçmə mərhələsində 2002-ci ilin sentyabrında Bakıda İtaliya yığmasına qarşı forma geyinməsi də yazıda öz əksini tapıb: “42 yaşlı Qurban Qurbanov Azərbaycanda ən populyar baş məşqçidir. Qurban Qurbanov Azərbaycan yığmasında oynadığı 67 oyunda 14 qol vurub”

Qurban Qurbanov “Qarabağ”ın torpaqları erməni işğalçıları tərəfindən işğal olunmuş məcburi köçkünlərin simvolu olduğunu da sözlərinə əlavə edib: “Qarabağ” təkcə futbol klubu deyil, “Qarabağ” həm də torpaqlarını itirmiş azərbaycanlı məcburi köçkünlərin simvoludur. Bu komanda 1993-cü ildə Azərbaycan çempionu oldu və təmsil etdiyi Ağdam şəhəri elə həmin il ermənilər tərəfindən işğal olundu. Və düz 21 ildir ki, “Qarabağ” doğma stadionunda oynaya bilmir. Bütün oyunlarımızı paytaxt Bakıda keçiririk. Məhz bu amilə görə, üzərimizdə çox böyük məsuliyyət var. “Kalyari” San-Siroda “İnter”i məğlub edibsə (İtaliya “A seriya”sının son turunda “Kalyari” “İnter”i 1-4 hesabı ilə məğlub edib-red), nədən biz də bunu etməyək? Mən heç-heçəyə zəmanət vermirəm”.

Müəllif sonda “Qarabağ”ın Azərbaycanda həddindən çox sevilən bir klub olmasını qeyd edib: “Aeroportda onları böyük izdiham və coşquyla yola salıblar”.






2 Oktyabr, 2014  13:49 Baxılıb: 945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner