Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edir - FOTOLAR

Azərbaycanın Qəbələ rayonunda “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb.

Simsar.az-ın məlumatına görə, Azərbaycan hökümətinin və Avropa Şurasının yüksək dərəcəli rəsmilərinin iştirak etdiyi forumun açılış mərasimi Qəbələ rayonunda yerləşən Heydər Əliyev Konqres Mərkəzində keçirilir.

Oktyabrın 5-dək davam edəcək Forum Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası (AŞ), AŞ-nın Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən həyata keçirilir. Foruma Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə qatılıb.

Forumun məqsədi “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaqdır. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək.

Qeyd edək ki, “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan başqa Kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanmış və Avropa Şurasına təqdim edilib.

Ramil Məmmədli






2 Oktyabr, 2014  10:54 Baxılıb: 830 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner