Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda ata və oğul güllələndi

Dünən Binəqədi rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada atışma olub.

Ağdamdan məcburi köçkün olan Hicran Səfərov həmyerliləri olan Ayxan və onun atası Rövşəni güllələyib. Simsar.az xəbər verir ki, H.Səfərovun yaxınları Milli.Az-a bildiriblər ki, əslində qanlı hadisənin təməli bu il iyulun 30-da qoyulub. Həmin gün saat 20 radələrində Hicran Səfərovun oğlu Cosğunu bıçaqlayıblar. Bıçaqlayan şəxs isə qonşuları Ayxan olub. Dərnəgüldə yerləşən trolleybus parkında Ayxanın atası Rövşən oğluna deyib ki, bıçağı götür, sox Coşğunun qarnına. Ayxan da atasının sözünə əməl edib, bıçaqla Coşğunun ayağına iki zərbə vurub. Həmin hadisədən sonra H.Səfərov polisə şikayət edib, lakin hadisənin baş verməsindən 62 gün keçməsinə baxmayaraq, Ayxan və atası istintaqa cəlb olunmayıblar. Bu azmış kimi, bir neçə gün əvvəl atası Ayxana Dərnəgüldəki restoranlardan birində dəbdəbəli ad günü məclisi keçirib.

“Bu o deməkdir ki, mən qanun tanımıram, adam bıçaqlasam da azadlıqdayam. Ayxan Coşğundan başqa daha 3 nəfəri də bıçaqlayıb. Bir neçə müddətlik yoxa çıxsa da, sonradan yenidən Dərnəgüldəki evlərinə qayıdıb. Bunu da heç bir valideyn götürə bilməz, övladını bıçaqlasınlar, amma cinayətkar azadlıqda gəzsin. Hicran Səfərov da oğlunun qanını alacağını deyərək silahı götürüb və ata-balanı güllələyib. Hər ikisini ayağından vurub”, - deyə H.Səfərovun yaxını deyib.

H.Səfərov qisasını alandan sonra könüllü şəkildə polisə gedərək özünü təslim edib və cinayəti övladının qanını almaq üçün etdiyini etiraf edib. “Polis bu işə baxmadı, mənim də silaha əl atmaqdan başqa çarəm qalmadı”, - deyərək qan tökməsinə haqq qazandırıb.

Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, hazırda istintaq aparılır.






2 Oktyabr, 2014  10:02 Baxılıb: 766 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner