Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

"Təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur” - QANDİ

Bu gün hindistanlı siyasətçi, hind milli-azadlıq hərəkatının lideri Mahatma Qandinin doğum günüdür.

Fikir və ideyaları ilə bəşər tarixində dərin iz qoymuş mütəfəkkir kimi tanınan Qandinin sitatları bu gün də istifadə edilir. Simsar.az mütəfəkkirin seçilmiş sitatlarını təqdim edir:

Bir insan etdiklərinin cəmidir.

Birincisi: Sənə fikir vermirlər, sonra sənə əl çalırlar, sonra səninlə savaşırlar, axırda isə sən qalib çıxırsan.

Biz danışırıq, eyni vaxtda dinləyirik. Biz dinləyirik, amma bu susmaq üçün deyil.

Biz doğrudan da bütün dünyada sülh istəyiriksə, uşaqlardan başlamalıyıq.

Bizim ən böyük xəstəliyimiz eqoizmimizdir.

Cəmiyyət həyatı üçün fərdi azadlıq və müstəqillik şərtdir.

Eqoizmin gözü pərdəlidir.

Əgər həqiqətən eşidən qulaqlara sahib isək, Tanrı bizə öz dilimizdə səslənər.

Ədalətsiz rejimi, ədalətlə yıxın. Alqışlar önünə qansız əllə çıxın.

Əməksiz qızıl ilə gümüş - sadəcə daşlar.

Gələcəkdə görmək istədiyimiz dəyişiklər özümüz olmalıyıq.

"Gözə göz, dişə diş" düşüncəsi bütün dünyanı kor edəcək.

Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir.

Əvvəlcə sizi sanki görməzlər, sonra sizə gülərlər, sonra sizinlə mübarizə apararlar və sonda siz qələbə qazanarsınız.

İnsanlıqdan daha qüsursuz hansı kitab vardır ki?!

Nizamlı, təmiz və şərəfli ola bilmək üçün pula ehtiyacımız yoxdur.

Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruluq olmaz.

Sadə yaşa ki, başqaları da var ola bilsin.

Sanitariya siyasi azadlıqdan daha vacibdir.

Sevgi insanlığın, şiddət heyvanlığın qanunudur.

Səhv etmə imkanı olmasa, azadlığın qiyməti də olmayacaq.

Sıxılmış yumruqlarla əl sıxa bilməzsiniz.

Tanrı dualarımızı bizə görə yox, öz üsuluna görə cavablar.

Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxşı söz tanımıram.

Yalançı lap axırda özünü aldadır.

Zəif insanlar bağışlaya bilməzlər. Bağışlamaq güclülərə xas bir xüsusiyyətdir.

 

 

 

 






2 Oktyabr, 2014  09:19 Baxılıb: 920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner