Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva: Ermənilər nə qədər cəhd etsələr də, məruzəçinin təyin edilməsinin qarşısını ala bilmədilər

Cənab Prezidentimiz başda olmaqla Avropa Şurası parlamenr assamleyasındakı heyətimizi bu gün AŞPA-da çox vacib bir sənəd “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabat, sənəd hhazırlamaq üçün məruzəçinin təyin olunması münasibəti ilə təbrik edirəm.

Simsar.Az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Facebook statusunda deyib.

"Cənab Prezidentimiz başda olmaqla Avropa Şurası parlamenr assamleyasındakı heyətimizi bu gün AŞPA-da çox vacib bir sənəd “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabat, sənəd hhazırlamaq üçün məruzəçinin təyin olunması münasibəti ilə təbrik edirəm.

Böyük və gərgin əməyin nəticəsi idi bu. Bir az əvvəl Siyasi Komitədəki gərgin müzakirələr başa çatdı və səsvermə nəticəsində cənab B.Volterin məruzəçi təyin olunması barədə qərar qəbul olundu. Ermənistan nümayəndə heyəti və havadarlarının bütün səylərinə, cəhdlərinə baxmayaraq nə sənədin adını dəyişə bildilər, nə də məruzəçinin təyin olunmasının qarşısını ala bildilər. Ermənistan münayəndə heyəti sənədin adını heç cür qəbul etməyəcəklərini dedi. Çünki sənədin adında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş bölgələri" ifadəsi Ermənistanın işğalçılığını birmənalı olaraq göstərir. Amma nə qədər cəhd etsələr də adı dəyişə bilmədilər.

Azərbaycan nümayədə heyəti və ədaləti dəstəkləyən bəzi Avropalı həmkarlarımızın ciddi arqumentlərlı çıxışlarından sonra səsvermədə ad olduğu kimi saxlanıldı. Ermənistan nümayəndə heyətinin məsələni gündəlikdən çıxarma cəhdi də uğursuzluqla nəticələndi. Bu zaman Ermənistan nümayəndə heyəti adından çıxış edən H.Nağdalyan Avropa Şurasını şantaj etməyə başladı və Ermənistanın təyin olunacaq məruzəçi ilə əməkdaşlıq etməyəcəyini bildirdi ki, bu da komitədə çoxları tərəfindən çox mənfi qarşılandı.Ermənistan nümayəndə heyətinin əksər üzvlərinin səsvermə zamanı zalı tərk etməsi də... Məruzəçi olmağa iki namizıd B. Voltrer və J.K. Minyonun namizədiyi səsə qoyuldu və B. Volter daha çox səs toplayaraq məruzəçi təyin olundu.

Ümid edirik ki, B. Volter obyektib bir məruzəçi olacaq və məruzə hazırlayacaq. Ermənistan isə artıq anlamalıdır ki, işğalçılığı davam etdirməklə bütün beynəlxalq qurumlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bundan da ağır vəziyyətə düşəcək. Çünki Azərbaycan bütün istiqamətlərdə güclənir və torpaqlarının işğaldan azad edilməsi üçün mübarizəsi daha da sərtləşəcək. Cənab Prezidentimizi təbrik edirəm. Çünki məhz onun AŞPA-dakı nümayəndə heyətinə rəhbərliyi dövründə gördüyü böyük işlər, 1416 saylı qətnamənin qəbulu bu günkü işlərin əsasını qoyub.

Eyni zamanda cənab Prezidentin işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində gördüyü işlər,yürütdüyü xarici siyasət də bu günkü nəticədə böyük rol oynayır. Bununla yanaşı Milli Məclisimiz tərəfindən bu istiqamətdə görülən çoxlu işlər də özünün müsbət nəticələrini göstərir. Uzun illərdir nümayəndə heyətimizə rəhbərlik edən və bu istiqamətdə ciddi işlər görən Səməd Seyidovu, nümayədə heyətimizin üzvü və bu sənəd üzərində ciddi çalışan Elxan Süleymanovu, işğal olunmuş ərazilərimizlə bağlı davamlı Assamleyada işlər görən, çıxışlar edən,sənədlər hazırlayan bütün həmkarlarımı Rafael Hüseynovu, Rövşən Rzayevi, Əli Hüseynovu,Sahibə Qafarova, Sevinc Fətəliyeva, Fazil Mustafa, Sabir Hacıyev, Fəzail İbrahimli, Aydın Abbasovu və eyni zamanda katibliyimizi, dəstək göstərən bütün dpstları və hər birimizi təbrik edirəm.İnşallah bir gün işğal altında olan torpaqlarımızı da Ali Baş Komandanımızın rəhbərli altında işğal azad edəcəyik və əsl təbriklər də, əsl bayram da onda olacaq. Bunun üçün isə hamımız əl-ələ verməli və hər birimiz gücümüzün çatdığı qədər bu istiqamətdə işlər görməli, üzərimizə düşən vəzifələri yerinə yetirməliyik.






1 Oktyabr, 2014  23:36 Baxılıb: 763 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner