Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zakir Həsənov Azərbaycan - Türkiyə birgə hərbi təlimlərini izlədi - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub.

Simsar.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, MiQ-29 və F-16 qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər.

Yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışları yerinə yetirən MiQ-29 təyyarələrinə F-16 qırıcıları havadan dəstək veriblər.

Təlimlərin gedişindən razı qalan müdafiə naziri təlimlərin prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib: "Bundan əvvəl də Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçirilib. Həm qardaş Türkiyədə, həm da Azərbaycanda müxtəlif qoşun növlərinin iştirakı ilə təlimlər olub. Ancaq hər iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə təlimləri və özü də Azərbaycanda keçirilməsi ilk dəfədir ki, baş tutur. Çox vacib bir məsələ ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hərbi pilotları birgə döyüş tapşırıqlarını yerinə yetirərkən, bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçiriblər. Mən bu təlimləri yüksək qiymətləndirirəm. Biz belə təlimləri daha geniş səviyyədə davam etdirəcəyik".

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.






1 Oktyabr, 2014  17:05 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner