Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir Azərbaycan-İran münasibətlərindən danışdı

İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev iki qonşu ölkə olan Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb: "2014-cü ildə Azərbaycan və İran dövlət başçılarının Davos, Tehran və bu günlərdə Həştərxanda keçirilmiş görüşləri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfədir. Bu gün Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradır".

Nazir ölkələrimiz arasında gömrük sahəsində də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, bunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında rolunu vurğulayıb, Biləsuvar-Culfa (İran) dövlət sərhədində buraxılış məntəqəsinin 24 saatlıq iş vaxtına keçməsinin və cümə günləri də işləməsinə dair qərarın təqdirəlayiq olduğunu diqqətə çatdırıb: "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya uyğun olaraq, gömrük əməkdaşlığının genişləndirilməsi üçün işlər bundan sonra da davam etdiriləcək".

İran İslam Respublikasının Gömrük Xidmətinin rəhbəri M.Kərbasiyan səmimi qəbula görə təşəkkür edib, Azərbaycanda aparılan quruculuq-abadlıq işlərini yüksək qiymətləndirib. O, son illər digər sahələrdə olduğu kimi, gömrük sahəsində də əlaqələrin genişlənməsini qeyd edərək İran və Naxçıvan arasında viza prosedurlarının sadələşdirilməsinin və müvafiq rüsumun azaldılmasının əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.






1 Oktyabr, 2014  15:50 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner