Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ebola ABŞ-da - HƏYƏCAN TƏBİLİ

ABŞ-da ilk dəfə Ebola ilə xəstələnmə halı qeydə alınıb

Simsar.az xəbər verir ki, Texas ştatındakı xəstəxana rəsmiləri adının məxfi saxlanıldığı şəxsin təcrid edilmiş palataya yerləşdirildiyini bildiriblər.

Güman edilir ki, xəstə virusa ABŞ-a səyahət etməkdən təqribən iki həftə əvvəl yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatına əsasən Qərbi Afrikada Ebola xəstəliyindən 3,000-dən artıq adam ölüb.

Qərbi Afrikada vurusa yoluxub xəstələnən şəxslər əvvəllər də Amerikaya gəlib. Lakin bu, virus daşıyıcısının ABŞ-a gəldikdən sonra xəstəliyə tutulmasının ilk halıdır.

Xəstəliklərə nəzarət üzrə ABŞ mərkəzinin direktoru Tomas Frieden bildirib ki, 19 sentyabrda Amerikaya gələn şəxsdə xəstəliyin simptomları özünü 25 sentyabrda göstərməyə başlayıb.

İlkin məlumata görə, xəstə kritik vəziyyətdədir.

Onun Liberiyada olarkən Ebolaya yoluxan xəstələrin müalicəsində iştirak etmədiyi bildirilir.

Səhiyyə rəsmiləri xəstənin təmasda olduğu şəxslərin kimliyini müəyyən etməyə çalışırlar.

Tomas Frieden xəstənin ailə üzvlərindən birində Ebola qızdırmasının inkişaf edəcəyini istisna etməyib.

Qeyd edək ki, Ebola virusu qan və selik kimi bədən mayeləri vasitəsilə yayılır.

Çərşənbə günü Nigeriya və Seneqalda yeni yoluxma halları qeydə alınmayıb.







1 Oktyabr, 2014  14:17 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner