Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Neftçi”nin yeni vitse-prezidenti müəyyənləşdi

Simsar.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş iclasda vitse-prezident vəzifəsinə Elnur Məmmədov təyin edilib.

O, komanda üzvlərinə və inzibati heyətə təqdim edilib. Təqdimat zamanı “Neftçi”nin prezidenti Sadıq Sadıqov yeni vitse-prezidentin təyinatı ilə bağlı fikirlərini bildirib:

“Bir müddət idi ki, “Neftçi”də vitse-prezident vəzifəsi boş idi. Bu vəzifəyə gənc və bacarıqlı bir insanı dəvət etdik. Elnur Məmmədov futbol sahəsində fəaliyyət göstərmiş və idarəçilik qabiliyyəti olan gənc mütəxəssisdir. Onunla “Neftçi”nin 8-ci km qəsəbə stadionunda keçirilmiş oyunlarında da həmsöhbət olmuşuq və Elnur Məmmədovun futbol sahəsindəki fəaliyyətinə bələdik.

“Neftçi” Azərbaycan futbolunun ən köklü klubudur. Bu komanda hər zaman ən yüksək yerlər və ən ali mükafatlar uğrunda mübarizə aparır. Məqsədimiz bu uğurların davamını gətirmək və daha böyük nailiyyətlərə imza atmaqdır. İnanıram ki, Elnur Məmmədov futbol sahəsindəki bacarığı ilə bizə bu işdə kömək edəcək. Ona gələcək işlərində uğurlar arzulayırıq və əminik ki, onun təyinatı klubumuz üçün faydalı olacaq”.

 






1 Oktyabr, 2014  13:31 Baxılıb: 810 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner