Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirliyə zənglər çoxalıb

Təhsil Nazirliyi “Qaynar xətt”ə, Kommutator xidmətinə daxil olan zənglərin statistikasını açqılayıb.

Simsar.az xəbər verir ki, zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərin statistikası belədir:

Telefon Məlumat Mərkəzinə 8010 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox) və Kommutator Xidmətinə 3700-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 8122 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

1610 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1725 sənəd (1116 ərizə, 452 məktub, 157 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, diplomların tanınması, təhsil sənədlərinin alınması, uşaqların vaxtından əvvəl I sinifə qəbulu, şagirdlərin ümumi təhsil müəssisələrinə yerdəyişməsi və ali təhsil ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2256 zəng) və çərşənbə axşamı (1846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (2221 müraciət) və çərşənbə axşamı (müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

 






1 Oktyabr, 2014  12:51 Baxılıb: 636 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner