Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hafiz Hacıyevin partiyası mitinq keçirəcək

“Azərbaycan müstəqilliyinə zərbə vurmağa çalışan qüvvələrə etiraz əlaməti olaraq Müasir Müsavat Partiyası oktyabrın 12-də mitinq keçirəcək”. Bunu Simsar.az-a partiyanın sədir Hafiz Hacıyev deyib.

O bildirib ki, bu gün partiyanın mərkəzi qərargahında İdarə Heyətinin və Rayon təşkilat sədrlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda əsas müzakirə məsələsi Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə , son aylar fəallaşan daxili qüvvələr və onlara stimul verən mənbələr olub.  İdarə Heyətinin üzvləri baş verənləri Azərbaycanın inkişafından narahat olan qüvvələrin təxribatı hesab etdilər”.

Partiya sədri həmin qüvvələrin beynəlxalq təşkilatların əli ilə Azərbaycana təzyiq etməyə çalışdıqlarını dedi. “Bununla kifayətlənməyərək daxilimizdə olan milli satqınların əli ilə ölkədə qarışıqlıq salmağa çalışırlar. İclasda qərara alındı ki, Azərbaycan müstəqilliyinə zərbə vurmağa çalışan qüvvələrə etiraz əlaməti olaraq ciddi tədbir görmək lazımdır. Təklif olun əsas məsələ bu oldu ki, partiya etiraz aksiyası keçirsin . Təklif səs çoxluğu ilə qəbul olundu”.

H.Hacıyev onu da bildirdi ki, iclasda qərara alındı ki ,oktyabrın 12-si saat 15.00 da Beynəlxalq Teşkilatlara və baş qaldıran milli satqınlara etiraz əlaməti olaraq 5 min nəfərlik mitinq keçirilsin. Mitinqə yer alınması və icazə verilməsi üçün ele bu gün BŞİH-nə müraciət olunacaq”.

 






1 Oktyabr, 2014  12:48 Baxılıb: 855 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner