Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Həştərxandakı sammitdən nəsə gözləmək sadəlövhlükdür” – EKSPERT RƏYİ

“Xəzəryanı ölkələrin 4-cü sammitinə ümid bağlamaq sadəlövhlükdür. Bunun üçün həmin ölkələrin siyasi iradəsi formalaşmalıdır”.

Bunu Simsar.az-a açıqlamasında Azərbaycan Prezidentinin Administrasiyasının sabiq sektor müdiri, Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov deyib.

Ekspert bildirib ki, 20 ildir davam edən prosesdə hələ də irəliləyiş əldə olunmayıb: “2001-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi hazırlansa da konvensiyanın 60%-ə qədəri reallaşıb. Xəzərin delimitasiyası, ekologiya, təhlükəsizlik və s. əsas məsələləri həll edilməmiş qalır. Çünki Xəzərin statusu haqqında Konvensiyanın yerinə yetirilməsi üçün həmin dövlətlərin iradələri formalaşmalıdır. O iradə hələlik formalaşmaqdan uzaqdır”.

R. Məmmədovun fikrincə, Xəzəryanı dövlətlərin milli maraqları, dənizin bölünmə prinsipləri, ərazidə fəaliyyət, ekologiya, gəmiçilik və s. hər birinin özünəməxsus siyasəti statusun həllinə maneədir:

“Maraqlar üst-üstə düşmədiyindən hüquqi status məsələsi həll olunmamış qalır. Azərbaycan Konstitusiyanın 11-ci maddəsi Xəzərin sektalara bölünməsilə bağlıdır. Bu maddə ilə yenicə müstəqillik əldə edən Azərbaycan Xəzəryanı ölkələri oyatdı. Onlar başa düşdü ki, Azərbaycan müstəqil neft-qaz siyasətinə başlayır, Xəzərin sektalarında suverenliyini təmin etməklə məşğul olacaq. Bu isə öz növbəsində həmin dövlətləri danışıqlara vadar etdi”.

Mövcud vəziyyətdə Rusiyanın mövqeyini şərh edən ekspert vurğulayıb ki, Xəzərdə istər Rusiyanın, istərsə də İranın tarixi köklərə malik maraqları var: “Sammitdə iştirak edən digər 3 dövlətin artıq müstəqil siyasət yeritmələrinə baxmayaraq, Rusiya və İran məsələni öz maraqları çərçivəsində həll etməyə çalışır. Rusiya Xəzər dənizinə hələ də öz hövzəsi kimi baxır. Ancaq SSRİ tərkibindəki dövlətlər müstəqilliklərini elan etdikdən sonra Xəzərə dair tələblərini ortaya qoydular. Hazırda Rusiya kompromisə getməyə məcbur olsa da, nə Rusiya, nə də İran öz tarixi hüquqlarından imtina etmək fikrində deyil. Putin hökuməti irəliləyişə nail olmaq üçün müxtəlif vasitələrə əl atır. Lakin buna nail olmaq çətindir”.

Ülviyyə Cövdətqızı







30 Sentyabr, 2014  15:05 Baxılıb: 903 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner