Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Pul partiyalar arasında bölüşdürülsün” - Siyavuş Novruzov

“Qanunu heç kəsin pozmağa ixtiyarı yoxdur. Kimliyində asılı olmayaraq, istər YAP olsun, istər müxalifətçi, istərsə də hər hansı QHT üzvü”.

Simsar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Beynəlxalq qurumların ikili yanaşmasına diqqəti yönəldən deputat bildirib ki, Azərbaycanın 1 miyon qaçqın və məcburi köçkünün hüququ pozulub. Lakin bu Avropa qurumlarını maraqlandırmır: “Məgər, 5-6 nəfər qrant alıb erməni kəşfiyyatına işləyənlərin hüquqları belə maraqlı oldu?”

Deputat Azərbaycanda qanuni işlə məğul olanlara heç kəsin bir söz demədiyini bildirib: “Qrantı hardan alırlar, necə alırlar, kimdən alırlar demirlər. Buna görə qanun qarşısında cavab verilməlidir. ABŞ-da buna görə həbs cəzası da var. Azərbaycan hansısa bir təşkilatın və ya böyük dövlətlərin qoltuğaltısı olmayıb. Hər zaman balanslaşdırılmış siyasət aparan ölkə olub”.

Millət vəkili dövlət büdcəsindən siyasi partiyalara ayrılan maliyyə haqqında da danışıb. “Qanuna görə, Milli Məclisdə 3 faiz yeri olan partiyalara maliyyə ayrılır. Amma Azərbaycanda ikinci belə bir partiya olmadığı üçün, həmin pul büdcədə saxlanılır. Təklif edirəm ki, həmin pul partiyalar arasında proporsianal qaydada bölüşdürülsün”.

S. Novruzov bələdiyyə seçkilərində namizəd kimi qatılmaq istəyənlərin probleminə toxunub. “İstər prezident, istərsə də bələdiyyə seçkilərində eyni sənədləşmə işi aparılır. Təklif edirəm ki, bu iş sadələşdirilsin”.

Elmar Hüseynov







30 Sentyabr, 2014  14:10 Baxılıb: 850 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner