Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İqbal Ağazadə: “Kütləvi barışıq amnistiyası olmalıdır”

“Buna görə də beynəlxalq təşkilatlara qarşı bəyanat vermək lazım deyil. Əksinə, onlarla əlaqələrə ciddi yanaşmaq lazımdır”.

Simsar.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycana qarşı ikili yanaşmanı dəyişmək üçün nələr edilməli olmasını nəzərdən keçirmək lazımdır:

“Azərbaycanda kimsə milli maraqlara zərbə vuracaq fəaliyyətlə məşğul ola bilər. Ancaq hər bir halda Azərbaycan beynəlxalq təşkilatların qərəzli mövqeyini nəzərə almalı və daxildə bu problemləri həll etməlidir. Hakimiyyət buna görə təqsiri olan insanları belə həbsdən azad etməlidir. Kütləvi barışıq amnistiyası olmalıdır. Azərbaycan hökuməti bütün bunları nəzərə alıb, sülhpərvər addımlar atmalıdır”.

İ. Ağazadə bələdiyyələrin statusu ilə bağlı məsələlərə də toxunaraq, bu qurumun səlahiyyətlərinin artırılmasının əhəmiyyətindən danışıb.

Deputat çıxışında Rusiyanın xarici siyasətini tənqid edən fikirlər də söyləyib: “Rusiyanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dəstək verməsini niyə unudursunuz? Belədirsə, nəyə görə, Azərbaycan Rusiya qarşısında qorxaq mövqedən çıxış edir? Azərbaycan torpaqlarının Rusiyanın dəstəyi ilə işğal olunduğunu görümürsünüzmü?”.

Elmar Hüseynov







30 Sentyabr, 2014  12:54 Baxılıb: 870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner