Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılmalıdır” – MM-də sərt BƏYANAT

Milli Məclisdə bəzi beynəlxalq təşkilatlara qarşı sərt ittihamlar və çıxışlar olub.

Simsar.az-ın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən parlamentin sədr müavini Bahar Muradova deyib ki, həmin beynəlxalq qurumlarda fəaliyyət göstərən zərərli qüvvələr Azərbaycanda həbsdə olan bəzi şəxslərdən istifadə edirlər: “QHT-lər normal fəaliyyət göstərməli, şəffaf olmalı və qanunlara riayət etməlidir. Biz QHT-lərin xarici təşkilatlar arasında vasitə və cinayətkar olmasına qarşıyıq və buna dözmürük”.

Onun sözlərinə görə, QHT-lər bəzən onların əlində vasitə olur.

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının isə təklifi sərt olub. O deyib ki, Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılmalıdır.

Millət vəkili Azay Quliyev isə deyib ki, Avropa Parlamenti və AVRONEST haqda fikirlər deməyə əsas yoxdur: “Avropa Parlamenti Şərq Tərəfdaşlıq Proqramını zədələyib. AVRONEST parlament komitəsinə olan inam iflasa uğradı. Buna səbəb Avropa Parlamentinin mövqeyidir. Avropa Parlamentinin qətnaməsi əsassız və qərəzli bir sənəddir. Onlar Ermənistana isə fərqli mövqe tututlar. Gürcüstanda siyasi məhbuslar var, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər”.

A.Quliyev deyib ki, Azərbaycanda qanunlara riayət edən QHT-lərə heç bir təzyiq edilmir: “Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda Emil Məmmədovun işinə baxıldı və o şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir”.

Elmar Hüseynov

 






30 Sentyabr, 2014  12:37 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner