Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tələbələrimiz Tomskda Azərbaycanı təmsil ediblər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakultəsinin tələbələri Ağayev Tural və Dadaşzadə Tərlan Rusiyanın Tomsk şəhərində keçirilən “Enaktus”  beynəxalq liderlik məktəbində iştirak ediblər. Simsar.az xəbər verir ki, məktəbdə müxtəlif ölkələr- Rusiya, Kazaxıstan, Azərbaycan, Kırğızıstan və Tacikistandan 50 tələbə qatılıb. Maraqlı məşğələ, treninq, mühazirələrlə keçən məktəbdə İspaniya, Çili, Niderland və Hindistandan da nümayəndələr iştirak edib. Qeyd edək ki, “Enaktus” 1975-ci ildə Amerika Universitetləri tərəfindən yaradılıb və sosial, ekoloji, iqdisadi problemlərin həllinə yönəlmiş tələbə biznes layihələrin  beynəlxalq proqramıdır. Azərbaycan 2005-ci ildən “Enactus” proqramına qoşulmuş, 2006-cı ildən isə Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanmışdır. Tələbələr Bundan əvvəl də Enaktus yarışlarında iştirak edərək, diplom və kuboka layiq görülüblər. Tomsk Universitetində keçirilən liderlik məktəbində də  çox maraqlı və faydalı layihələri ilə çıxış edən tələbələr hər kəsin diqqətini cəlb etməyi bacararaq sertifikat alıblar.

Bu gün gənclərlə ADMİU-nun “Kulturologiya” fakultəsində  görüş keçirilib. Müəllim  və tələbələrin iştirak etidiyi bu görüşdə tələbələr qatıldığı beynəlxalq liderlik məktəbindən, oradakı tədrisdən, maraqlı debatlardan, ölkəmizə , Universitetə olan maraqdan  geniş məlumat verərək, verilən sualları cavablandırıblar.

Günel

 






30 Sentyabr, 2014  11:28 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner