Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakı Uşaq Teatrı Beynəlxalq Simpoziumda

Hindistanın Dehli şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Jamia Millia İslamia Universiteti (Hindistan) və Selçuk Universitetinin (Türkiyə) təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu keçirilib. Simsar.az xəbər verir ki, simpoziumda Bakı Uşaq Teatrı da iştirak edib.   Millət Vəkili, Dos.Dr. Qənirə Paşayeva simpoziumun açılış bölməsində "Azərbaycan-Hindistan əlaqələri tarixdə və bu gün" mövzusunda məruzə ilə çıxış edib. Simpoziumda iki gün ərzində müxtəlif bölmələr üzrə Azərbaycan, Türkiyə, İtaliya və Hindistandan olan alimlərin 60-dan çox məruzə və poster-məruzəsi dinlənilib və sərgilənib.

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, Prof.Dr. Kübra Əliyeva (Təbriz bədii məktəbinin Moğol miniatür məktəbinin formalaşmasında rolu), Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, Prof.Dr. Nərgiz Əliyeva (Orta əsrlərdə Azərbaycanda zərdüştilər), Folklor İnstitutunun elmi katibi, Dos.Dr. Afaq Ramazanova (Türk xalqlarında "Arzu-Qənbər" dastanı: motiv və süjet göstəricisi), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlilli (Əlaəddin Sabit Bosnəvinin əsərlərində bəzi adət və ənənələr), A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı İradə Qədirova (XVI əsrdə Moğol dövlətinin siyasi və mədəni həyatında Səfəvi dövlətinin rolu), Bakı Musiqi Akademiyasının müəllimi, Dos.Dr. Kəmalə Ələsgərli (Şərq musiqi mədəniyyətinin qədim kökləri), Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Xanım Əliyeva (Azərbaycan muğam və aşıq musiqisinin qarşılıqlı əlaqələri), Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan (Azərbaycan teatr tarixinin yeni səhifəsi: Uşaq Teatrı), Üzeyir Hacıbəyovun Ev Muzeyinin elmi işçisi Humay Fərəcova (Üzeyir Hacibəylinin folklor musiqimizə əsaslanmasının səbəbləri), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Dr. Fariz Xəlilli (Türk-İslam mədəniyyəti və "Ümumi Mədəni İrs Şəhərləri" arxeoloji turizm layihəsi), Qafqaz Universitetinin doktorantı Cəmilə Allahverdiyeva (Türk dünyasının ensiklopedik əsəri - "Divanü Lüğat-it-Türk”) simpoziumda çıxış ediblər.

Günel

 






30 Sentyabr, 2014  09:50 Baxılıb: 935 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner