Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Arif Hacılı Müsavat başqanı seçildi - FOTOLAR - YENİLƏNİB

Müsavat partiyasının 6-cı başqanlığı uğrunda gedən mübarizədə Arif Hacılı 228 səslə qalib gəlib.

Simsar.az xəbər verir ki, səsverməyə əsasən  Quba İbadoğlu 200 səslə kinci, Tural Abbaslı isə 19 səslə üçüncü olub.

Partiyanın hazırki başqanı İsa Qəmbər Arif Hacılını təbrik edib. Gələcək başqanlığı fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, yetərsay 225 olmalıdır.

***16:50

Simsar.az xəbər verir ki, başqanlığa namizədlərdən Səxavət Əlisoy qurultayda çıxış edib. Natiq 15 dəqiqəlik çıxışından sonra Musavat başqanından bir dəqiqəlik əlavə vaxt istəyərək bildirib ki, o, Qubad İbadoğlunun lehinə namizədliyini geri götürür.

***12:50

Simsar.az xəbər verir ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər qurultay iştirakçıları qarşısında hesabat verir.

Partiya başqanlı bildirib ki, bu gün qurultayın qaydalarına uyğun olaraq əsas yeni başqanı seçməliyik. Mən yalnız fəaliyyətim dövrümün hesabatını deyil, ümumilikdə partiyanın Azərbaycan xalqın qarşısında gördüyü işlərin hesabatını verirəm: Müsbat partiyası dünya siyasi arenasında rolu olan 3-4 partiyadan biridir ki, 100 il fasiləsiz fəaliyyət göstərir. Bu partiyanın qurucularından - Məhmməd Əmin Rəsulzadədən və digər fədakarlarımızdan bizə miras qalan ideyaları uğurla davam etdiririk. Partiya olaraq hər zaman mübarizəmizi davam etdirəcəyik".

***11:46

Simsar.az xəbər verir ki, Müsvat Partiyasının başqanı İsa Qəmbər qurultayın açlışında danışıb.

O bildirib ki, Təşkilat Komitəsinin təklifi var ki, Müsvat Partiyasının sayca VIII qurultayının keçirilməsi üçün iki sədr və bir fəxri sədr seçilsin.

Səsvermə yolu ilə Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal qurultayın fəxri sədri, İsa Qəmbər və partia divanın üzvü Almaz Əliqızı isə sədr seçilib.

***11:21

Bu gün Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsvat Partiyasının sayca VIII quryltayı keçirilir. Simsar.az xəbər verir ki, qurultayın gündəliyinə partiyaya yeni başqanın seçilməsi, Mərkəzi Nəzarət və Təftiş Komssiyasının (MNTK) və sərbəst Məclis üzvlüyünə seçkilərin keçirilməsi, Nizamnaməyə və partiya proqramına müəyyən dəyişiklilər daxildir. Qurultay nümayəndələrinin sayı 587 nəfərdir. Dörd nəfərin başqanlığına, 30 nəfərin MNTK-ya, 143 nəfərin isə sərbəst Məclis üzvlüyünə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Müsavat başqanlığına Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy və Tural Abbaslının namizədliyini irəli sürüb.

Qeyd edək ki, qurultay nümayəndələrinin 420 nəfəri qeydiyyatdan keçib. Qurultay Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İsa Qəmbər qurultayı açıq elan edib.

Hüseyn İbadlı







27 Sentyabr, 2014  19:42 Baxılıb: 6851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner